Kürdyönümlü partiyanın lideri çevriliş cəhdini pisləyir
Xalqların Demokratik Partiyasının rəhbəri Səlahəddin Dəmirtaş mətbuat konfransı keçirir.
Politoloq Elxan Mehdiyev Türkiyədə baş verən hadisələri şərh edir
ABŞ Fətullah Gülənlə bağlı tənqidlərə cavab verdi
ABŞ Dövlət katibi John Kerry deyib ki, onun ölkəsi hələ ki, Türkiyədən Fətullah Gülənlə bağlı heç bir müraciət almayıb:
"Gözləyirik ki, cənab Gülən haqda bizə suallar veriləcək. Və əlbəttə ki, Türkiyə hökumətindən həmişə etdiyimiz kimi bizə ittihamların təsdiqi olaraq tutarlı sübut təqdim etməsini xahiş edəcəyik." (Ətraflı)
Daha iki general tutuldu
Türkiyədə daha iki general hərbi çevrilişə cəhddə ittiham edilərək həbs olunub. Bunlar 2-ci ordunun komandanı Adəm Huduti və 3-cü ordunun komandanı Erdal Öztürkdür.
Hökumət bildirir ki, ümumilikdə rəxminən 3 min həbs olunan var.