Oktyabrın 27-də 13 beynəlxalq təşkilat Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası üzrə Departamentə və Avropa Şurasının İnsan Hüquqları və Hüquq Məsələləri üzrə Baş Direktorluğuna məktub göndərib.
Məktubda deyilir ki, onlar Azərbaycan hökumətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əməl etməməyindən narahatdırlar və Avropa Şurası Nazirlər Komitəsinin bu vəziyyətə təcili diqqət yetirməsini xahiş edirlər. Məktub müəllifləri Azərbaycan hakimiyyətinin Fətullayevi azad etməməyinə və ona kompensasiya ödəməməyinə diqqət çəkiblər.
“Bu isə Azərbaycan tərəfinin İnsan Hüquq və Azadlıqlarına Dair Avropa Konvensiyasının 46-cı (1) maddəsinin pozulması deməkdir”.
Müəlliflərin yekdil rəyi belədir. Onlar Avropa Şurası Nazirlər Komitəsini təxirəsalınmaz tədbirlər görməyə çağırırlar.
“Biz hesab edirik ki, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan öz öhdəliklərinə məhəl qoymadığından və Fətullayev hazırda aclıq etdiyindən bu məsələyə təcili baxmalıdır”.
“Turan” informasiya agentliyi bildirir ki, məktubu imzalayanlar arasında “Artikl 19”, “Freedom House”, Beynəlxalq “PEN-klub”, Peşiç, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi və digər beynəlxalq təşkilatlar var.
Jurnalist Eynulla Fətullayev 2007-ci ildə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar bu hadisəni pisləyib və dəfələrlə Azərbaycan rəhbərliyini jurnalisti azad etməyə çağırıblar.