Qız doğulan körpələrə pul mükafatı verilməsi barədə təkliflər səslənir

Arxiv fotosu

.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hökumət qız uşaqlarının abortunun qarşısını almaq üçün təkliflər düşünür - biri də belə uşaqlara 10 min manat verilməsidir

CİNSİNƏ GÖRƏ ŞANSLI DOĞULAN OLA BİLƏRSƏN

Dövlət Statistika Komitəsi 2014-cü ilin demoqqrafik göstəricilərini açıqlayıb. Açıqlamaya görə ötən il 170,5 min körpə doğulub. Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır.

Ötən illərə nisbətdə qız uşaqlarının doğumunun azalması müşahidə edilir. Sosioloqların fikrincə, bunun səbəblərindən biri, zərif cinsin nümayəndələrinə arzuolunmaz cins kimi baxılmasıdır.

KÖRPƏNİN BANK HESABI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Elman Babayev AzadlıqRadiosuna bildirib ki, nazirlik demoqrafiya ilə bağlı dövlət proqramı layihəsi hazırlayıb. İndi həmin layihə ictimai müzakirədədir:

“Biz ötən il hazırladığımız layihəni saytımızada yerləşdirdik. Müzakirələr apardıq. Hətta QHT-ləri yığdıq, müzakirə təşkil etdik. Çoxlu təkliflər səsləndi. Təkliflərdən biri budur ki, qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün müəyyən həvəsləndirici layihələr həyata keçirək.

Elman Babayev

​Bu həvəsləndirmələr pul formasında, və ya başqa formalarda ola bilər. Səsləndirilən təkliflər, layihə yaxın vaxtlarda hökümətə təqdim olunacaq.”

Bu müzakirələrdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov AzadlıqRadiosuna bildirib ki, səsələnən təkilflərdən biri ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılması və hesaba 10 min mant pul qoyulmasıdır:

Vüqar Bayramov

​“Həmin görüşdə nazir də bildirdi ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı layihəsində nəzərə alınıb. Bununla düşünülür ki, qızların doğum sayını stimullaşdırmaq olar.”

AZƏRBAYCAN İLK ÜÇLÜKDƏ

Milli Məclisin Sosial Siyasət Komitənin sədri Hadı Rəcəbli başqa təkilif edir. O mətbuata açıqlamasında bildirib ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər:

Hadı Rəcəbli

​“Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə həvəsləndirməsi də olsa kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Elələri var ki, evində 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə döğum zamanı qızların sayı üstünlük təşkil etsə də, 2014-cü ildə ölkədə hər 1000 kişiyə 1011 qadın düşür. Son 10 ilin statistikasına nəzər saldıqda hər min kişiyə düşən qadın sayı dəyişir. Məsələn, 2004-cü ildə min kişiyə 1035 qadın düşürdü.

Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir. Azərbaycan, Ermənistan və Gürcüstan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə görə nisbətinin ən çox pozulduğu ölkələr sırasındadır.​