Üç gündür qar əsarətində qalmışıq. Bizim rayonda (Nərimanov) qısamüddətli elektrik kəsintilər oldu. Bu, yenə dözüləndir. Ən pisi, suyun olmamasıdır. Bu da işıq deyil ki, xətlər sıradan çıxsın. Borular donubsa, hər yerdə donmalıdır. Necə olur ki, Əhmədlinin boruları donmur, «Montin»inki donur?