Avropa Komissiyası təhlükəsizlik qaydalarına görə Ermənistan hava şirkətlərini 2020-ci ilin iyununda "qara siyahı"ya salıb.
Moskva hakimiyyət orqanları bundan bir gün əvvəl paytaxt sakinlərinə evlərindən çıxmamaları üçün xəbərdarlıq etmişdi.
Moskva ümid etdiyini bildirib ki, Yerevan KTMT platformasının əməkdaşlıq üçün verdiyi bütün imkanları başa düşəcək.
Məlumatda deyilir ki, 14-cü paket mövcud sanksiyaların icrasının gücləndirilməsi və onlardan yan keçilməsi üçün dolayısı yolların bloklanması məqsədini güdür.
KXDR Rusiyanı Ukraynaya təcavüz və həmin ölkənin Krım bölgəsinin ilhaq edilməsində dəstəkləyən azsaylı ölkələrdən biridir.
Azərbaycan ərazisində 4 il 3 ay əvvəl koronavirus pandemiyası ilə bağlı başlayan xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-da başa çatır.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) terror qruplaşması kimi tanıdığı "Hizbullah" ( Livan) iyunun 19-da İsraillə Livan arasında müharibə başlayacağı təqdirdə Kipri hədəf alacağı ilə hədələyib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, iyunun 20-də bildirib ki, dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.
Aİ səfiri Pavel Herçinski bildirib ki, "xarici agent" qanununun qəbulu Gürcüstanın İttifaq üzvlüyünə namizədliyini faktiki olaraq dondurub.
Fərmana görə, Konstitusiya İslahatları Şurası yeni konstitusiyanın tam mətnini 2027-ci ilin yanvarına qədər hazırlamalıdır.
Bu da bildirilir ki, "yad" geyimləri qadağan edən düzəlişlər bu ilin martında Tacikistan prezidentinin ruhanilərlə görüşündən sonra təklif olunub.
Hindistanın Bakı və Yerevanla yaxşı əlaqələri var, lakin Yeni Dehli də müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyi düşünür.
Davamı