Dövlət qurumları problemin həlli üçün nə iş görür?
"Reuters" yazır ki, çoxları gözləyirdi ki, Kiyev savaşın ilk günlərində süqut edəcək. Amma Rusiya ordusu artıq iki həftədir ki, Ukrayna ordusu və silaha sarılmış əhalinin ciddi müqaviməti ilə üzləşib.
Rusiya hökuməti xarici ölkələrdəki serverlərdə yerləşən rəqəmsal resursların Rusiyanın özündəki serverlərə köçürülməsinə çalışır.
Hazırda Azərbaycanda 250 mindən çox seçici deputatsız qalıb
Sergey Lavrov Antalya görüşündə, prezident Vladimir Putinin ukraynalı həmkarı Volodimr Zelenski ilə görüşünü istisna etməyib.
Hökumət fermerlərə təsərrüfatlarını sığortalamaq üçün yeni imkanlar yarandığını bildirir, amma bu şərtlər kəndliləri qane edirmi?
Sürüşmə nəticəsində 18 ailənin evi yararsız vəziyyətə düşüb. Kənd sakinklərinin dediyinə görə, həmin gündən dövlət rəsmiləri zərərçəkənlərə ev tikiləcəyi vədi versələr də, kəndlilər hələ də qohumlarının evlərində qalırlar.
Çin rəsmisi deyir ki, onun ölkəsi qəti şəkildə ABŞ-ın tətbiq etdiyi istənilən birtərəfli sanksiya və məhdudiyyətlərə qarşı çıxır və ABŞ Ukrayna məsələsi və onun Rusiya ilə münasibətlərində Çinin narahatlığına ciddi yanaşmalıdır. Bu, heç bir halda Çinin hüquq və maraqlarına ziyan vurmamalıdır.
Təkcə Mcdonalds şirkəti Rusiyadakı 847 restoranını bağlayıb.
Gözəllik salonu olmadığından Leyla 5 ildir velosipedi ilə, alətlərini yığdığı çantasını çiyninə alıb Xaçmazda səyyar bərbərlik edir.
Görüntülər Ukraynanın İrpin şəhərində çəkilib. Ukraynalı polis hərbi xidmətə getməzdən əvvəl oğlu ilə vidalaşır. Reuters agentliyinin çəkdiyi video
Azərbaycanın xarici işlər nazirliyi də hava zərbələri nəticəsində konsulluğun binasında ciddi dağıntılar olduğunu və konsulluğun əməkdaşına məxsus avtomobilin yarasız hala düşdüyünü bildirib. Amma Konsulluğun əməkdaşları arasında xəsarət alan olmayıb.
Davamı