Aprelin 3-ü gecə saatlarında Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda partlayış baş verib. Hadisə şahidlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, ölən və yaralananlar var.
Rusiyanın Ukraynada apardığı müharibəyə görə sərt iqtisadi sanksiyalarla üzləşməsi və valyutasının kəskin dəyər itirməsi bu ölkəyə tərəvəz aparan azərbaycanlı iş adamları və fermerləri də çətinə salıb.
Rusiyanın Ukraynaya qarşı hücumuna görə Avropaya malların daşınmasında problemlər yaranır. O üzdən Azərbaycan ərazisinin də tranzit kimi istifadə olunması imkanları müzakirə edilir.
Tərəflər arasında sülh danışıqları onlayn formatda davam edir. Son günlər Rusiya ordusunun aktivliyinin azaldığı bildirilsə də, Ukrayna tərəfi deyir ki, Moskva yeni hücuma hazırlaşır.
Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən rəsmi Kiyev, şəxsən prezident Vladimir Zelenski NATO-dan bir şey tələb edir.Ukrayna üzərində “uçuşsuz zona” elan etməyi. Bəs, uçuşsuz zona nə deməkdir və necə işləyir?
"Qızlarıma məktəbdə deyirdilər ki, əgər sənin atan erməniyə işləməyibsə, onda niyə qəbiristanlıqdan kənarda basdırılıb".
Belqorod rəhbərliyinin məlumatına görə, aşağı hündürlükdən uçan iki Ukrayna helikopteri Rusiya ərazisinə daxil olaraq bazanı atəşə tutublar.Amma bu məlumatı hələlik müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün olmayıb.
Rusiyadan, Ukraynadan, Belarusdan idxal edilən materiallar qıtlaşıb.
64 yaşlı Gülcamal deyir ki, yazadək "şpaqat" açmağa hazırlaşır.Kəndin yaşlı kişiləri də qadınlara baxıb həvəsə düşüblər.
Dünya təcrübəsində qadın sığınacaqları üçün xüsusi təhlükəsizlik təlimatları var. Azərbaycan qanunvericiliyindəki boşluqlar isə zorakılıq qurbanlarını qorumağa imkan vermir.
"Qələbə 100 faiz bizimdir"
Davamı