AzadlıqRadiosunun müxbirinin işğaldan azad edilmiş şəhərdən reportajı.
Mariupoldadakı polad zavodunda Rusiya və Ukrayna hərbçiləri arasında döyüş gedir.Ukrayna rəsmisi deyir ki, Rusiya Krıma quru dəhlizi açmağa hazırlaşır.
Qadın deyir ki, rusiya hərbçiləri qapını döyüb Nataşanı tələb edəndə əri Saşa çıxıb etiraz elədi və bu vaxt hərbçilərdən biri tapancanı çıxararaq onu alnından güllələdi.
Prezident və ailəsinin iştirakı ilə əkilən ağacların sonrakı taleyi necə olur? O ağacların quruyub çürüməməsi üçün hansı işlər görülür?
Prezident İlham Əliyev bildirir ki, Bakı Ermənistana silah verməyə davam edən ölkələrlə bundan sonra "dost olmayan ölkə" kimi davrana bilər. Keçmiş xarici işlər naziri prezidentin Rusiya və Fransanı nəzərdə tuta biləcəyini deyir.
Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək alternativ dəhlizin tikintisi yekunlaşır.
Qafqaz Müsəlmanları İdarəsindən deyirlər ki, yığılan pulların onlarla heç bir bağlılığı yoxdur.
Ukrayna rəsmilərinin verdikləri məlumata görə, Rusiyanın Ukraynaya hücumundan bu yana təkcə Xarkov şəhərində 500-dən çox dinc sakin öldürülüb.
Dağıdılmış şəhərin sakinləri zirzəmilərdə yaşayır, elektrik və qaz yoxdur, sakinlər küçələrdə yemək hazırlayır. Cəsədlər həyətlərdəki kütləvi məzarlıqlarda və kiçik bağçalarda dəfn olunur.
Aprelin 15-i PMD şirkətinin layihəsində işlədiklərini deyən işçilər, dekabrdan maaşlarını ala bilmədikləri üçün Port Baku Mall-un önündə etiraz ediblər. PMD şirkəti dolayısı ilə Paşa Holdinqə bağlıdır. PMD nümayəndəsi maaşı verməyən başqa şirkətin olduğunu deyir.
Ukraynanın Müdafiə Nazirliyi isə bu arada Xarkov vilayətində dağıdılmış körpüdə Rusiya hərbi maşınlarının görüntülərini yayımlayıb. Nazirliyin məlumatına görə, Rusiya hərbi birləşmələrini gücləndirmək üçün İzyuma doğru hərbi karvan göndərirmiş, amma Ukrayna ordusu körpünü partladıb.
Ukrayna rəsmilərinin sözlərinə görə bu minalar əraziyə kasset bombalarla atılıb. Sakinlər bazar ertəsi erkən saatlarında uğultu səsindən sonra küçələrdə yüzlərlə kiçik partlayıcılar aşkar ediblər.
Davamı