Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək alternativ dəhlizin tikintisi yekunlaşır.
Qafqaz Müsəlmanları İdarəsindən deyirlər ki, yığılan pulların onlarla heç bir bağlılığı yoxdur.
Ukrayna rəsmilərinin verdikləri məlumata görə, Rusiyanın Ukraynaya hücumundan bu yana təkcə Xarkov şəhərində 500-dən çox dinc sakin öldürülüb.
Dağıdılmış şəhərin sakinləri zirzəmilərdə yaşayır, elektrik və qaz yoxdur, sakinlər küçələrdə yemək hazırlayır. Cəsədlər həyətlərdəki kütləvi məzarlıqlarda və kiçik bağçalarda dəfn olunur.
Aprelin 15-i PMD şirkətinin layihəsində işlədiklərini deyən işçilər, dekabrdan maaşlarını ala bilmədikləri üçün Port Baku Mall-un önündə etiraz ediblər. PMD şirkəti dolayısı ilə Paşa Holdinqə bağlıdır. PMD nümayəndəsi maaşı verməyən başqa şirkətin olduğunu deyir.
Ukraynanın Müdafiə Nazirliyi isə bu arada Xarkov vilayətində dağıdılmış körpüdə Rusiya hərbi maşınlarının görüntülərini yayımlayıb. Nazirliyin məlumatına görə, Rusiya hərbi birləşmələrini gücləndirmək üçün İzyuma doğru hərbi karvan göndərirmiş, amma Ukrayna ordusu körpünü partladıb.
Ukrayna rəsmilərinin sözlərinə görə bu minalar əraziyə kasset bombalarla atılıb. Sakinlər bazar ertəsi erkən saatlarında uğultu səsindən sonra küçələrdə yüzlərlə kiçik partlayıcılar aşkar ediblər.
Ermənistanın Baş naziri deyir ki, beynəlxalq təşkilatlar ona Qarabağ məsələsində tələblərinə yenidən baxmağı tövsiyə edirlər.
Yerli fermerlərin məhsullarının dövlət ehtiyacları üçün alınmasına mexanizm yaradılır.
Bakıda və ABŞ-da ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin vasitəçi olmadan, birbaşa ünsiyyətə cəhd etmələri sülh prosesini sürətləndirə bilər.
Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin hansı təsir imkanları istifadə edilə bilər?
"Bu uşaqların günahı nədir ki, üfunət içində böyüyürlər?"
Davamı