Sergey Perebyinisin ailəsi martın 6-da Kiyev ətrafındakı İrpin şəhərindən çıxmaq istəyərkən Rusiya ordusunun atəşinə tuş gəlir.Nəticədə həyat yoldaşı Tatyananı, oğlu Nikita və qızı Alisa həlak olur.
Bakıdan Yerevana göndərilən beş bəndlik sülh danışıqları təklifi müzakirə edilərkən ABŞ Dövlət katibi də Azərbaycan və Ermənistanın liderləri ilə danışıb.
Ukrayna prezidenti Birləşmiş Ştatlardan daha çox hərbi yardım, müdafiə sistemləri və təyyarələr istəyib.
İşıq pulu, su pulu, iynə-dərman, nəqliyyat, uşaqların məktəb xərcləri - bunları da nəzərə alanda, 1-ci qrup əlil Ramil Babayev əlillik müavinətlərinin çox az olduğunu deyir.
Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaqların toplusudur. Bura qeyri ərzaq məhsulları -geyimlər, xidmətlər də daxildir.
Timofey son yarım ili Ukraynada yaşayırmış və orda Kiyevdən olan sevgilisi Anastasiya ilə evlənmək istəyirmiş. Amma indi Ukraynada müharibə getdiyindən Tbilisiyə gəliblər və toylarını da burda etmək qərarına gəliblər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan ehtiyacı olan buğdanın 40 faizini idxal edir, idxalın isə keçən il 95 faizi Rusiyanın payına düşüb.
Bakıdan Yerevana göndərilən beş bəndlik sülh danışıqları şərtləri yekun razılaşmaya gətirib çıxara bilərmi?
Onlar hüquq-mühafizə orqanlarını hərəkətsizlikdə günahlandırırlar.
Azərbaycanın Ukraynada enerjidaşıyıcıları ilə bağlı iki istiqamətdə fəaliyyət göstərib: Ukraynaya neft ixrac edib və SOCAR Energy şirkəti vasitəsilə əsasən yanacaqdoldurma məntəqələrinin işini təşkil edib.
Nazirlər kabineti deyir ki, Dərbənd ərazisində qalan Azərbaycan vətəndaşlarının durumu diqqət mərkəzindədir
Davamı