Radio
AzadlıqFM - Bakıda Instagram sərgisi - #Magnebition
Çəkdilər, «Instagram»da paylaşdılar və fotolarını sərgidə gördülər. Fəal iştirakçılar hədiyyə də qazandılar. Söhbət Bakıda keçirilən #Magnebition adlı «Instagram» sərgisindən gedir. Bu sərgidə Azərbaycan istifadəçilərinin «Instagram»a #Aztagram və #Magnebition açar sözü ilə yüklənmiş fotoları nümayiş etdirilib. Fotoların maqnit üzərindəki metal lövhələrdə yer alması diqqət çəkib. Sərgidən bir neçə gün ötsə də, sosial şəbəkələrdə istifadəçilər təəssürat və sərgidən foto paylaşımı ara vermir.
Pen klub - Ən yaxşı onluğun 4-ü «Pen Klub»da!
Bu yaxınlarda «Oxu Zalı»nın keçirdiyi şeir və hekayə müsabiqəsinin ən yaxşı onluğu müəyyənləşdirilib. Şeir onluğunda, əsasən, gənc şairlər fərqlənib. Onluğa düşənlərin 4 nəfəriylə – gənc şairlər Rüfət Əhmədzadə, Vəfa Nağı, Elşən Əziz və Aqşin Evrənlə tanış ol.