Radio
İz - Rejissor harayı: «Azərbaycan teatrını öldürmək istəyirlər!»
Növbəti «İz»in bələdçisi tanınmış rejissor Rövşən Almuradlıdır. O, veriliş boyu səslənən bu sualları cavablayacaq: – Azərbaycan teatrı 141-ci yaşında özünü necə hiss edir? – Teatra kim dayaq durmalıdır? – Çoxrənglilik teatr həyatına nə qazandırır? – Dövlət teatrları niyə çoxalır? – Rövşən Almuradlı niyə indiki teatr siyasətini Azərbaycan teatrını öldürmək xətti adlandırır? – Rövşən Almuradlı teatrı öldürməyin ikinci xətti deyərkən, nəyi nəzərdə tutur? – Tanınmış rejissor nəyi «dövlət cinayəti» adlandırır? --Üç ildir tamaşa hazırlamayan rejissor necə dolanır?
AzadlıqFM - İKT sahəsində hansı «Yeni Fikir»lər qalib çıxdı?
- Telefonundan mətni, şəkli, videonu və ya digər faylları kompüterinə vaxt itirmədən köçürmək istəyirsən? İndən belə bunu bir tıkla – klavirə bir dəfə toxunmaqla gerçəkləşdirə biləcəksən. - Mahnı oxumağa həvəsin var? «Xoruz»suz oxumaq istəyirsən? İntellektual Karaoke Sistemi sənə yardım edəcək. «Yeni Fikir Müsabiqəsi 2014»ün qalibləri Azadlıq FM-də – canlı efirdə danışırlar. Verilişin sualı: Gerçəkləşdirmək istədiyin hansı ideyan var?