Radio
Pen klub - Markes Azərbaycan ədəbiyyatını necə dəyişdi?
«Maqik realizm»in ən parlaq nümayəndəsi sayılan Qabriel Qarsia Markesin əsərləri Azərbaycan dilinə ilk dəfə 70-ci illərdə çevrilsə də, indiyədək Azərbaycan ədəbiyyatına böyük təsirini sezdirməkdədir. Bəs bu təsir daha çox nədə üzə çıxır? Bəzilərinin dediyi kimi, yazarlarımızda mistikaya meyl oyatdı, yoxsa sadəcə ədəbiyyatımızı irəli apardı? Bu mövzunu «Pen Klub»da yazıçılar Mirmehdi Ağaoğlu, Qismət, Yaşar, publisist və tərcüməçi Xalid Kazımlı dartışırlar.
AzadlıqFM - «Facebook» ayırır, yoxsa birləşdirir?
- «Facebook» boşanmaların sayını artırır!.. - Qaynana gəlininin «facebook» profilini qırdı!.. -Sosial şəbəkədən asılılığı onu ailəsindən soyutdu... Bir vaxtlar sosial şəbəkələrin insanları birləşdiyindən danışılırdısa, indi bənzər xəbərlər tam tərs mənzərə cızır. İstər-istəməz, sual doğur: Sosial şəbəkələr ailəiçi münasibətlərə necə təsir göstərir? «Facebook» ailə dağıda bilər?