Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:48

Matəmdir - mədəniyyət müəssisələri dayanıb [Yenilənir]


Yanan platformadan görüntü.
Yanan platformadan görüntü.

-

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

***

İTKİN DÜŞƏNLƏRDƏN HƏLƏ TAPILAN YOXDUR

“Axtarılanlardan hələ ki, heç kəs tapılmayıb. Neft daşları və Günəşli yatağı ətrafında araşdırıma davam edib” - Bunu SOCAR rəsmisi “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov deyib.

Dövlət Neft Şirkətinin dekabrın 6-da, gecə saat 11-də keçirdiyi mətbuat konfrasında baş mühəndis bildirib ki, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərdən heş kim tapılmayıb. O qeyd edib ki, axtarış davam edir, helikopterlə axtarış isə sabah hava işıqlanan kimi aparılacaq.

Balamirzə Əlirəhimovun sözlərinə görə, 10-cu özülün özündə dizel generator vasitəsilə özüldə elektrik enerjisi işıqlandırma bərpa edilib.

O deyir ki, 10-cu özülə qaldırılan güclü təzyiqli su mənbəiyi imkan verəcək ki, yanğın söndürülsün: “Kənardan gəmilərlə su alova vurulur, amma məsafə var deyə, nəticə yüksək deyil”, baş mühəndis vurğulayıb.

SOCAR-IN TƏMSİLÇİSİ YANĞININ NECƏ BAŞ VERDİYİNİ DANIŞIR

“Xilasedici qayıq 4 dənə olub, hərəsində də 42 yer. Blokda 63 nəfər olub. O 63 nəfərdən 36-ı bir qayığa oturdulub, 27 nəfəri də digər qayığa.

O biri iki qayığı salmağa ehtiyac yox idi. Çünki orda 42 yer var idi. İnsanlar da orda darısqallıqdan ölməyiblrə. Sadəcə qayıq göydə zərbələrlə dəmir dirəklərə çırpılıb. Yuxarıda sınıb, düşüb aşağı”.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov keçirdiyi brifinqdə deyib ki, yanğın başlayan kimi, alov bir anda blokun sahəsini bürüyüb, alışma bütün sahə üzrə gedi:

“Operaor alovla qarşılaşıb. O hazırda xəstəxanadadır. Dekabrın 4-ü Azneftin baş direfktoru dalğanın gözlənilməsi haqqında əmr imzalayıb. Həmin əmrə görə z'ruri olmayan təmir işləri dayandırılmalı, personal ancaq bağlı otaqlardan sistemə nəzarət etməli, bir yerd qaz xəttində təmir aparmalıymışlar. Ora gələn qazı da dayandırıblar. O təmiri də dayandırıblar. Tamam gözlənilməyən bir blok partlayıb”.

Xalik Məmmədov deyib ki, bütün bunları yaradılan komissiya daha ətraflı araşdıracaq:

“Yanğın zamanı nəfəs almaq çətin olanda insanları xilas etmək üçün qayıqları aşağı buraxıblar. Qaranlıq qalan o idi ki, qayıq niyə ortada qalıb. Buna belə cavab verdilır ki, aşağıda dalğa hündür olub, yuxarı da yanırmış. Ona görə qayığı ortada saxlayıbmışlar”.

Xaik Məmmədov deyib ki, hazırda hava artıq qaranlıq olduğu üçün helikopterlər xilasetmə işlərini apara bilməyəcəklər. Ancaq gəmilər axtarışları davam etdirəcək.

FACEBOOK FƏALLARINDAN TƏŞƏBBÜS

Facebook-da “Dənizə bir qərənfil ataq” “event”i yaradılıb. “Event” yaradanlar sosial şəbəkə istifadəçiləri hər kəsi dekabrın 7-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən 29 nəfəri xatirəsini anmaq üçün dənizə bir qərənfil atmağa çağırıb.

Artıq 500-ə yaxın adam bu aksiyaya qoşulacağını bildirib.

ABŞ SƏFİRLİYİNDƏN BAŞSAĞLIĞI

ABŞ-ın Azərbaycandakı Səfirliyi “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərin ailələrinə başsağlığı verib.

S'firliyin saytında yayılan məlumatda deyilir: “Biz ARDNŞ-nin Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı və səbr diləyirik”.

MATƏMƏ GÖRƏ MƏDƏNİYYƏT TƏDBİRLƏRİ TƏXİRƏ SALINIR

“Günəşli” yatağında baş vermiş qəza ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib.

Nizami Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.
Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

***


SOCAR-ın baş ofisinin qarşısına toplaşan “Günəşli” yatağının 10-ci dərin dəniz özülündə baş verən hadisə nəticəsində itkin düşənlərin qohumlarını qurumun rəhbər işçiləri qəbul edib.

Bu barədə virtualaz.org yazır.Bildirilir ki, neftçilərin yaxınlarına axtarış-xilasetmə işləri barədə məlumat verilib, ən son informasiyalar çatdırılıb.
Daha sonra həmin şəxslərlə mütəmadi əlaqə saxlanacağı bildirilib. Bundan sonra onlar şirkətin baş ofisini tərk ediblər.

***


“Günəşli” yatağının 10-ci dərin dəniz özülündə baş verən hadisə nəticəsində itkin düşənlərin qohumları SOCAR-ın mərkəzi ofisinin qarşısına toplaşır.
Virtualaz.org belə yazır.

Qohumlar itkin düşənlərin taleyi barədə dəqiq məlumat əldə etmək istəyirlər.
Səhiyyə Nazirliyi isə SOCAR-ın qarşısına həmin insanlara yardım üçün psixoloq briqadası göndərib.

Fövqəladə Hallar Nazirliyi xilasetmə və yanğının söndürülməsi zamanı çəkdiyi videoları yayıb. Həmin görüntləri təqdim edirik:

***

Xadimə işləyən Əliyeva Məlahət danışır:
– İşimi qurtarıb otağa dincəlməyə getmişdim. Birdən partlayış səsi eşitdim. Otaqda bir neçə əşya yerə töküldü. Çölə çıxdım ki, görüm nə haqq-hesabdır. Dedilər, “partlayış olub, tez jiletini götür”. Mən də tez jileti götürdüm. Düşdüm aşağı, 1-ci bloka, rəisin yanına. Qapını açmaq istədik, bloku hava burdu. Çıxa bilmirdik. Sonra birtəhər hamı köməkləşdi, qapını açdı. Hamımız çıxdıq çölə, gəmi tərəfə yan aldıq. 26 nəfərdik, jiletlərimizi geyinib girdik gəmiyə. Oturduq orda. Səhər açılanda fövqəladə halların xilasediciləri gəldi, bizi xilas etdi. Heç kəslə əlaqə saxlaya bilmirdik, şəbəkə yox idi. Ləpəyə görə yaxınlaşa bilmirdilər. Prezidentimiz sağ olsun. Gəmilər gəlib dayanmışdılar. Hər şey göndərmişdilər, dalğaya görə yan ala bilmirdilər. Səhər açılan kimi bizi xilas etdilər. Bir gün, hardasa 27-28 saat qalmışıq orda
Təhlükəsizlik qaydalarına riayət olunurdumu?
– Bəli, bəli, hər şey soruşurdular bizdən. Hər şey qaydasında idi.

***

Günəşli” yatağının 10-cu dərin dəniz özülün rəisi Allahverdi Məmmədov AzadlıqRadiosuna danışıb:

“Güclü külək əsirdi. Dalğalar böyük idi. Rəhbərlik tapşırmışdı ki, güclü küləkdir deyə, işçiləri əraziyə buraxmayaq. İşçiləri yaşayış bloquna yığdıq, nəzarəti imkanlarımız daxilində içəridən aparırdıq. Külək güclü idi, yüksək təzyiqli kəmərdə qəflətən qırılma oldu, qırılan kimi də qaz buraxılışı və yanğın baş verdi. Şimal qərb səmtində olduğuna görə yanğın birbaşa platformanın ortasına yayıldı. Biz də dərhal camaatı təxliyyə etməyə başladıq. İşçilərin xilasetmə jiletləri əynində idi. İki qayıq endirildi, mən olan qayıqda 27 nəfər işçi var idi, onlar da xilas edildi. Digərləri barədə məlumatım yoxdur.

Təhlükəsizlik tədbirlərinə əməl olunub həmin anda. Biz bunu etdik, amma hadisə olan vaxt mümkün deyil ki, hər şeyi ard-arda edəsən. Yanğın olan kimi hamı yığıldı bir yerə və xilasetmə jiletləri geyindilər və mən dərhal rəhbərliyə məlumat verdim, başqa nə edilə bilərdi ki? Rəhbərlik də maksimum gücü nəyə çatdısa etdi, biz gəmiləri az sonra gördük, platformaya su vurulurdu.

HƏKİM YARALILARIN DURUMUNU DANIŞIR

Mərkəzi Neftçilər Xəstəxanasından həkim Adil İsayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, xəstəxanadakı 8 yaralıdan biri artıq əməliyyat olunub:

“Yaralıların durumları nisbi kafidir, bir nəfər sağ bazi sümüyünün yerdəyişən sınığı ilə əməliyyat olunub, bir xəstə gipetermiya ilə qəbul olunub, yəni suda yarım saat qaldığına görə ümumi bədənin soyuması baş verib, başqa xəstələr isə yüngül dərəcəli kəllə-beyin travması alıblar, sıyrılmış kəsilmiş yaraları var.

Buna da bax: "Rövnəq Abdullayevin qayınatasının neft biznesi [araşdırma]"

XİLASETMƏ ZAMANI ÇƏKİLƏN VİDEO

Görüntüləri FHN yayıb

Buna da bax: "Azərbaycanın ilk rəsmi milyonçusu... "

NAZİR SIĞORTALILARIN YARDIM ALACAQLARINI DEYİR

Sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlama verib. Bildirib ki, hadisə zamanı platformada olan işçilərin hər biri əmək müqaviləsi əsasında çalışanlar olub və hər birinin sığortası var:

Səlim Müslümov
Səlim Müslümov

​“Orada lazımi bütün tədbirlər görülüb, bu, sadəcə olaraq təbii fəalkətdir, təbii ki, burada tədqiqat komissiyası işləyəcək. Hazırda məlumat almaq istəyirik ki, orada neft şirkətinin tabeliyində olan hansı idarə və təşkilatların işçiləri çalışıblar, çünki mövcud qanunvericiliyə görə, tədqiqat komissiyasında onların hər birinin nümayəndəsi olmalıdır.

Bunlara da nəzər salın

BUNLARA DA NƏZƏR SALIN:

Azərbaycan Dövlət Neft Şirkəti şəffaflığa görə "0" alıb

Neft Şirkətinin əməkdaşı intihar edib

SOCAR nefti niyə Anar Əliyevin şirkətlərinə satdığını izah edir

Südsüz, kombinezonsuz, çəkməsiz Azərbaycan neftçisi

İqtisadçı-ekspert: «Dövlət Neft Şirkəti qanunla idarə olunmur»- [Video]

SOCAR özünü «yandırmaq istəyən» qazmaçı köməkçisi ilə bağlı məlumat yayıb

İxtisara düşdü, ürəyi partlayıb öldü...

«The Washington Post» 10 konqresmeni Azərbaycana ödənişli səfər və bahalı hədiyyələr almaqda ittiham edir

Əliyevlər bahalı gəmilərdə xalqın puluyla gəzir

Azərbaycandan çox borcu olan Azərbaycan şirkəti​

​ Tədqiqat komissiyası onları üzə çıxardıqdan sonra müvafiq qərarlar qəbul olunacaq. Indi platforma sədrindən məlumat aldıq ki, platformada olan bütün işçilərin xilasedici jiletləri əyinlərində olub, qayıqlar orada olub, lazımi anda adamlar qayıqlara keçiriliblər, qayıqların aşağı endirilməsi əməyin təhlükəsizliyinə uyğun olaraq həyata keçirilib. Amma başa düşmək lazımdır ki, bu, təbii fəlakətdir, eyni anda həm yanğının baş verib, həm də dalğalar 8-10 metr olub. Belə bir halda qayıqlardan birinin qarmağının açılması baş verib. Tədqiqatdan sonra müəyyən olunacaq ki, bu, niyə baş verib.

Qaldı ki, bu insanların sosial müdafiəsi ilə bağlı tədbirlərə, əldə olunan siyahı üzrə sığortanı biz yoxladıq. Həmin insanların hamısı sığortalanıblar, hamısı ilə əmək müqavilələri var, electron bazamızda bütün məlumatlar var. Məndə olan məlumata görə, əksəriyyəti “Pasha Sığorta” şirkətində sığortalanıb. Bu o deməkdir ki, onların hər hansı birində xəsarətin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və sığorta şirkəti tərəfindən onlara böyük məbləğdə sığorta haqqı ödəniləcək. Həyatını itirənlərə Allah rəhmət eləsin. Onların da ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta ödəniləcək. Mövcud qanunvericiliyə uyğun olaraq, onların aylıq maaşının məbləği, ailə üzvlərinin sayı və s. meyarlara uyğun xüsusi hesablama düsturu ilə məbləğ hesablanacaq.Bundan əlavə onlara pensiya təyin olunması məsələsi də diqqətdə saxlanacaq. Müalicə ilə bağlı bütün xərcləri də sığorta şirkəti ödəməli olacaq. Bu məsələlərdə hər hansı problem, düşünürəm ki, olmayacaq”.

Nazir:"Hamının əynində xilasedici jilet olub"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Buna da bax: "İqtisadçı-ekspert: «Dövlət Neft Şirkəti qanunla idarə olunmur»- [Video]"

BİR NƏFƏRİN CƏSƏDİ TAPILIB 29 NƏFƏR AXTARILIR

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb.

Bu barədə Anspress-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib.

Məlumata görə dənizdən tapılan meyit 1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənova məxsusdur. Bununla da rəsmi məlumata görə ölənlərin sayı ikiyə çatıb. 29 nəfərin axtarışları davam etdirilir.

Qərargahdan bildirirlər ki, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir.

"Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir."

"Yanğın birbaşa platformanın ortasına yayıldı"
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Buna da bax: "Anar Əliyev kimdir və hardadır?"

YARALILAR NEFTÇİLRƏ XƏSTƏXANASINDADIR

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.

Bu barədə APA-ya Xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib. Baş həkimin dediyinə görə, xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

“8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətləri qənaətbəxşdir. Onların müalicələri davam etdirilir” -deyə, baş həkim bildirib.

H. Yüzbaşıyevin bildirdiyinə görə, yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.

Stasionara qəbul olunan xəstələrin siyahısı və diaqnozları:

  1. Rəcəbov Mərdan-qabırğa sınığı
  2. Məmmədov Allahverdi-bazunun sınığı
  3. Əliyeva Məlahət-bel fəqərəsinin sınığı
  4. Hüseynov Rəşid-kəllə beyin silkələnməsi
  5. Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
  6. Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası
  7. Cəfərov Faiq-hipotermiya, başın yumşaq toxumaların əzilməsi
  8. Orucov Atakişi-hipotoniya, yumşaq toxumaların əzilməsi
"Qardaşım itkin düşüb"
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
DÖVLƏT KOMİSSİYASI YARADILDI

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin «Günəşli» yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın və qəza ilə bağlı Dövlət Komissiyası yaradılması barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirib. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində 32 nəfər xilas edilərək təxliyə olunub, ilkin məlumata görə, 1 nəfər həlak olub. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Dövlət Komissiyasına baş nazir Artur Rasi-zadə sədrlik edəcək.

30 NƏFƏRDƏN XƏBƏR YOXDUR

SOCAR-dakı mənbələrdən virtualaz saytına bildiriblər ki, hazırda itkin düşmüş sayılan neftçilərin sayı 30 nəfərdir.

«İndiyə qədər 32 nəfər xilas olunub, 1 nəfər həlak olub. Daha 30 neftçinin taleyindən isə heç bir məlumat yoxdur» - Dövlət Neft Şirkətindəki mənbə bildirib.

ÖLƏN VAR

Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar. Hadisə ilə bağlı «Azneft» İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 33 nəfər xilas olunub, bir nəfər isə həlak olub.

26 NƏFƏR XİLAS OLUNUB

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, 26 nəfər xilas edilib. Mətbuat xidməti 30-dan çox adamın itkin düşməsi ilə bağlı xəbərə aydınlıq gətirməyib. Bildirilib ki, onlarda da məlumat yoxdur, hazırda xilasetmə əməliyyatı davam etdirilir.

+++

«Günəşli» yatağının yanğın baş vermiş 10-cu platformasında xilas edilənlərin sayı 9-a çatıb.

Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.

QEYRİ-RƏSMİ: 32 NƏFƏR İTKİN DÜŞÜB

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, platformada qalanların yaxınları, dostlarından ona mütəmadi məlumatlar gəlir: «Mənə yazıblar ki, 10-cu blokda 84 nəfər olub. 3 nəfər yaşayış blokunda sağdır. 36 nəfərin mindiyi qayıq cırılıb, oradan 4 nəfər xilas edə biliblər. Yazırlar ki, 32 nəfər itkin düşüb. İkinci qayıqda da 46 adam var, hələ də qayıq sallaq vəziyyətdə qalıb».

Mirvari Qəhrəmanlı deyir ki, o, hələ də bu məlumatları dəqiqləşdirə bilmir: «Adamlara ətraflı və obyektiv məlumat verilmir. Amma oradakı durumla bağlı mütəmadi məlumat verilməlidir».

KÖMƏK GÖZLƏYİRLƏR

«Yanan özüldən xilas edilən şəxslər hazırda qayıqlardadır. Həmin qayıqlar isə zəncirlərlə yanan estakadaya bərkidilib».

Bunu ANS-ə «Azneft» İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib.

Onun sözlərinə görə, neftçilər dənizdən 4-5 metr yüksəklikdədirlər və estakadaya bərkidilmiş qayıqlarda kömək gözləyirlər. Ancaq yanğın şiddətli olduğu üçün gəmilər onlara yaxınlaşa bilmir.

Hazırda xilasetmə əməliyyatlarına müvafiq qurumların bütün şəxsi heyəti cəlb edilib. Əməliyyatlar başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

SOCAR PREZİDENTİ YANAN PLATFORMADA

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün səhər saatlarında hadisə yerinə yollanıb:

«Hazırda orda olan insanlarla əlaqə saxlamağa da çətinlik çəkirik. Çünki telefonların şəbəkələri tutmur və ya telefonlarına zəng çatmır. Çünki əlaqə vasitələrinin enerjisi tükənib. Ona görə dəqiq məlumatlar yoxdur. Ancaq özüldə iki-üç nəfər var. Onlar sağ-salamatdır. Qalan işçilər xilasetmə qayıqlarına yerləşdiriliblər».

4 dekabr

“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündən işçilərin hamısı köçürülüb.

APA-nın məlumatına görə, artıq platformdakı bütün işçilər yanğının baş verdiyi ərazidən çıxarılıb.

Ölən və xəsarət alan yoxdur.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də ANS TV-yə itki olmadığını bildirib.

Yanğın baş verərkən platformada 42 nəfər olub. Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

--

Dekabrın 4-də yanğın baş verən “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündən neftçilər çıxarılırş

APA-nın məlumatına görə, özüldəki işçilərin göçürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğın baş verən zaman platformada 42 nəfər olub.

Dalğalar yanğının söndürülməsinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla çıxarılır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.

--

Dekabrın 4-də“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxması nəticəsində yanğın baş verib.

Buna səbəb güclü tufan olub.

Yanğın saat 17.40 radələrində baş verib.

SOCAR-ın məlumatına görə, özüldəki işçilərin köçürülməsi üçün tədbirlər başlanılıb.

Dalğalar gəmilərin platformaya yaxınlaşmasını əngəlləyir.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə işçilərin köçürülməsinə başlayıb.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

(VIDEO)

''Günəşli'' yatağındakı yanğından yeni görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

XS
SM
MD
LG