Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:38

«The Washington Post» 10 konqresmeni Azərbaycana ödənişli səfər və bahalı hədiyyələr almaqda ittiham edir


Azerbaijan -- Screen shot from The Washington Post
Azerbaijan -- Screen shot from The Washington Post

-

“The Washington Post”un əldə etdiyi gizli hesabata görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəyib.

Sənədə görə onlar 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib. İştirakçılar arasında prezident Barack Obamanın keçmiş yüksək səviyyəli yardımçılarından da 3 nəfər olub.

Qəzet yazır:
“Konqresmenlər və onlarla birlikdə səfərdə iştirak edənlərə yüz minlərlə dollar səfər xərcləri, ipək şərflər, xrustal çay dəsti vədəyəri 2 500-dən 10 000 dollara qədər olan Azərbaycan xalçaları verilib.

Səfərdə konqresmenlərin bəzilərinin xanımları da iştirak ediblər. Səyahət sənədlərinə görə onların təyyarə biletlərinə 112 899 ABŞ dolları ödənib.”

(QƏZETİN YAZDIQLARINA KONQRESMENLƏRİN CAVABINI BURADA OXU)

“The Washington Post”un yazdığına görə SOCAR səfərin 750 000 dollarlıq xərclərini ABŞ-da yerləşən qeyri-hökumət qurumlarından biri vasitəsilə ödəyib ki, gerçək maliyyələşmə mənbəyini gizlətsin.

Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan “Konqres etikası ofisi” hazırlayıb.

Bu, 7 il əvvəl yaradılan etik ofisin indiyəcən apardığı ən dərin araşdırmadır. Etik ofis o zaman bir sıra qalmaqallardan sonra, o cümlədən lobbiçi Jack Abramoff-un konqresmenlərin səfər xərclərini ödəməsi aşkara çıxandan sonra yaradılmışdı.

Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan “Konqres etikası ofisi” hazırlayıb.

Bu, 7 il əvvəl yaradılan etik ofisin indiyəcən apardığı ən dərin araşdırmadır. Etik ofis o zaman bir sıra qalmaqallardan sonra, o cümlədən lobbiçi Jack Abramoff-un konqresmenlərin səfər xərclərini ödəməsi aşkara çıxandan sonra yaradılmışdı.

Azərbaycanla bağlı məsələdə qeyri-kommersiya korporasiyaları Konqresə saxta müraciət ünvanlayaraq guya öz hesablarına konfrans keçirdiklərini bildiriblər.

Bu saxtakarlıq müstəqil qurum tərəfindən üzə çıxarılaraq Nümayəndələr Palatasının etika komitəsinə yönləndirilib.

Komitədən istənilib ki, bu məsələdə, xarici ölkə hökumətlərinin ABŞ-ın dövlət siyasətinə təsirini qadağan edən federal qanunların və Konqres qaydalarının pozulub-pozulmadığını araşdırsın.

Etika komitəsinin direktoru Tom Rust məsələni şərh etməkdən imtina edib. O, “Mən təhqiqatla bağlı məsələləri şərh etmirəm ” söyləyib.

Söhbət 2013-cü il mayın 28-29-da keçirilən “ABŞ-Azərbaycan görüşü. Gələcəyə baxış” adlı konfransdan gedir.

Həmin dövrlərdə ARDNŞ və bir sıra iri enerji şirkətləri Xəzər qazını Avropaya daşıyacaq 28 milyard dollarlıq boru kəməri layihəsinin ABŞ-ın İrana qoyduğu sanksiyaların təsiri altına düşməməsinə çalışıblar.

Layihə uzun müddət ABŞ xarici siyasəti üçün prioritet olub. Məqsəd enerji təhlükəsizliyi baxımından Avropanın Rusiya qazından asılılığını azaltmaqdır.

Xəzər qazının çıxarılmasında isə ARDNŞ-in tərəfdaşlarından biri İranın Milli Neft Şirkətidir. Konkret olaraq Şahdəniz yatağının istismarında.

Araşdırmanı aparanlar bildirirlər ki, konfrans keçirdiklərini deyərək Konqresə iki təşkilat müraciət edib: Amerikalı və Avrasiyalıların Şurası və Azərbaycanın Dostları Assambleyası (AFAZ). Halbuki konfransın xərcini onlar yox, ARDNŞ çəkib.

ABŞ Konqresi
ABŞ Konqresi

Konfransa gedən konqresmenlər deyiblər ki, səfəri Konqresin etika komitəsi ilə razılaşdırıblar.

Araşdırmanı aparanlar konqresmenlərin, tutduqları mövqedən istifadə edərək ARDNŞ-in və qaz kəməri layihəsinin maraqlarını təmin etməyə çalışıb-çalışmadıqlarını dəqiq müəyyən edə bilməyib.

Araşdırmanı aparanlar bildirirlər ki, konfrans keçirdiklərini deyərək Konqresə iki təşkilat müraciət edib: Amerikalı və Avrasiyalıların Şurası və Azərbaycanın Dostları Assambleyası (AFAZ). Halbuki konfransın xərcini onlar yox, ARDNŞ çəkib.

Konfransa gedən konqresmenlər deyiblər ki, səfəri Konqresin etika komitəsi ilə razılaşdırıblar.

Araşdırmanı aparanlar konqresmenlərin, tutduqları mövqedən istifadə edərək ARDNŞ-in və qaz kəməri layihəsinin maraqlarını təmin etməyə çalışıb-çalışmadıqlarını dəqiq müəyyən edə bilməyib.

Konqresin müstəqil etika ofisi araşdırma ilə məşğul olduğu dövrdə Konqresin Etika komitəsi ona müraciət edib. Xahiş edib ki, araşdırmanı dayandırsın.

Konqresin etika komitəsi deyib ki, araşdırmanı özü aparmaq istəyir. Amma müstəqil etika ofisi bundan imtina edib. Çünki Konqresin etika komitəsi haqda belə bir rəy geniş yayılıb ki, o, Konqres üzvlərini məyus edən məsələləri daim ört-basdır etməyə çalışır.

Robert Gibbs
Robert Gibbs

Amma məlumdur ki, 2012-13-cü illərdə Konqres İrana sanksiya qoyan iki sənəd qəbul edib. Azərbaycan qazı ilə bağlı layihə onların hər ikisində istisna hal kimi sanksiyaların təsirindən azad edilib. Hər iki sənədi prezident Obama da imzalayıb.

Sözügedən konfransdan 5 gün sonra – 2013-cü il iyunun 3-də isə Obama İranla bağlı sanksiyalara dair daha bir sərəncam imzalayıb. Azərbaycanla bağlı qaz kəməri layihəsi yenə istisna hal kimi nəzərə alınıb.

Konfrans dövründə hazırladığı məqalədə “Washington Post” Obamanın 3 keçmiş məsləhətçisinin - Robert Gibbs, Jim Messina və David Plouffe-ın konfransda çıxış etdiklərini qeyd edib.

O zaman heç bir mətbuat orqanında ARDNŞ-in konfransın təşkili üçün AFAZ-ın hesabına 750 min dollar köçürdüyü xəbəri getməyib. Pulun köçürülməsi haqda bank məlumatını müstəqil etika ofisi əldə edə bilib.

Konfransda iştirak etmiş millət vəkilləri bunlardır:

Jim Bridenstine, Yvette D. Clarke, Danny K. Davis, Rubén Hinojosa, Sheila Jackson Lee, Leonard Lance, Michelle Lujan Grisham, Gregory W. Meeks, Ted Poe and Steve Stockman.

Clarke həm də Konqresin Etika Komitəsinin üzvüdür.

Müstəqil etika ofisi ilə araşdırma dövründə əməkdaşlıq etmiş millət vəkilləri deyiblər ki, konfransın təşkili və səfər xərclərinin ödənməsinin arxasında Azərbaycanın dövlət şirkəti olan ARDNŞ-in dayandığını bilməyiblər. Halbuki Bakıda konfransın keçirildiyi zalların divarından ARDNŞ-in loqosu asılıb.

Həmin il mayın 13-də ARDNŞ AFAZ-ın hesabına 750 min dollar keçirib.

Bundan az öncə - aprelin 16-da qeyri-kommersiya qurumlarının rəhbəri Kemal Oksuz ARDNŞ-in prezidentinə məktub yazaraq həmin məbləğdə pul istəyib. Oksuz söz verib ki, ARDNŞ-in loqosu konfransın çap ediləcək materiallarında yer alacaq, ARDNŞ görüşün əsas sponsoru kimi tanınacaq.

Michelle Lujan Grisham
Michelle Lujan Grisham

Araşdırmanı aparanların öz hesabatlarında qeyd etdiklərinə görə, heç kəs səfər xərclərini kimin ödəməsindən xəbərsiz olduğunu deməklə səfərin qanunsuz mənbədən maliyyələşməsinə tam haqq qazandıra bilməz.

Hesabatda deyilir ki, səfər xərclərinin ödənməsindən başqa konqresmenlərə çay servizi, çantalar, ipək şərflər, firuzə sırğalar, qızılı naxışlı boşqablar və Azərbaycan xalçaları hədiyyə edilib.

Bəzi millət vəkilləri müstəqil etika ofisi ilə əməkdaşlıq etmək istəməyib. Edənlər isə deyiblər ki, hədiyyələrin qanunla qoyulan limitdən – 350 dollardan ucuz olduğunu düşünüblər.

Lujan Grisham isə etika ofisinin araşdırmaçılarına deyib ki, xalçalar haqda məlumatı onların bahalı bir şey olduğunu düşünmədiyi üçün açıqlamayıb. O həmçinin xalçaların zövqünə uyğun olmadığını da deyib: “Mən özüm heç vaxt belə xalçaya pul verib almazdım”.

Onu da qeyd edək ki, Azad Avropa və Azadlıq Radioları Korporasiyası 2013-cü ilin mayında baş tutan həmin konfransa jurnalist göndərmək istəsə də, təşkilatçılar buna imkan verməmişdilər.

XS
SM
MD
LG