«Məhkəmələrdə boşanma işlərinə baxılmasına gəldikdə isə o qanunu mən qəbul etməmişəm. Ona səs verib qəbul edənlərin biri Məlahət Həsənovadır. O qanunda nə yazıblar biz də onu edirik. Məhkəmə qanunun çərçivəsindən kənara çıxa bilməz. Əgər ev vətəndaşın mülkiyyətindədirsə, ayrılmalar zamanı biz onu bölürük. Ancaq qohum-əqrəbasının adına olanda mülkiyyəti bölə bilmərik. Çünki qanunu elə yazıblar».
Ali Məhkəmənin sədri Ramiz Rzayev YAP-çı deputat Məlahət Həsənovanın məhkəmələrin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
Milli Məclisdə çıxışı zamanı YAP-dan olan deputat Məlahət Həsənova bir çox hallarda ailələrin taleyini həll edən məhkəmələrdə ciddi problem olduğunu deyib. Özü də bunun ölkədə heç kimə sirr olmadığını bildirib. Deputatın sözlərinə görə, boşanmalar zamanı mənzil bölgüsü məsələsini məhkəmələr boşananların yox, öz maraqlarına uyğun həll edirlər.
Ali Məhkəmənin sədri isə deyir ki, təzə ailə quranlar nikah pozulanda bütün hüquqlarının təmin olunmasını istəyirlərsə, evlənəndə müqavilə bağlasınlar.
«Mən hesab etmirəm ki, məhkəmələr pis işləyir və parlamentdə də durub deyirlər ki, narazılıq var. Hansı partiyanın üzvü olur-olsun ədalətli, obyektiv danışmaq lazımdır. İndi seçki dövrü deyil ki, populizmə yol verəsən».
Deputat Məlahət Həsənova isə deyir ki, Ədliyyə Nazirliyi və Statistika Komitəsindən əldə etdiyim məlumatlara görə, ölkədə qeyri-rəsmi ailə quranların sayı rəsmi nikahla ailə quranların sayından çoxdur. Deputatın fikrincə, bu da sonradan ailələrdə boşanma məsələsi ortaya çıxanda mənzil bölgüsündə problemlər yaranır.