Nəbatat bağının düz girəcəyində yazılıb ki, «bura dövlət və ictimaiyyət tərəfindən qorunur». Ancaq bağ göz görə-görə məhv olur. Söhbət bağın hasarının düz dibində tikilmiş hündürmərtəbəli binaların burdakı ağacları günəş işığından məhrum etməsindən gedir.
6 AY ƏVVƏLKİ HARAY…
6 ay əvvəl Nəbatat bağının direktoru Oruc İbadlı AzadlıqRadiosuna demişdi ki, 1935-ci ildə ölkənin cənub zonasından gətirilib salınmış 5 hektarlıq nadir bitkilər və qiymətli ağaclar məhv olmaq üzrədir:
«Kolleksiyanın düz sinəsinin üstündə, bizim hasarla bitişik 4 dənə 17 mərtəbəli bina tikilir. O binalar bizim təcrübə sahəsini işıqlanmağa qoymur. Bura kölgə düşür, həmin bitkilər məhv olmaq təhlükəsindədir. Burda «Qırmızı Kitab»a düşən dəmirağac, azad, şümşad, mantar kimi nadir ağaclar var. Onlar məhv olur. İşıq bitkinin canıdır, işığın qarşısını kəsiblər, ağaclar get-gedə zəifləyir».
«BURDAKI AĞACLARIN 50 FAİZİ QURUYUB»
Hazırda isə vəziyyət daha da pisləşib. Gün işığından məhrum edilmiş ağac və kollar miskin vəziyyətdədir. Bitki və kolların böyük bir hissəsi ya tamamilə, ya da qismən quruyub. Ağacların dibində çoxlu tikinti materialları da var. Nəbatat bağının baş aqronomu Asif Mehrəliyev:
«Burdakı ağacların 50 faizi quruyub. Quruma sonra o biri sıraya keçəcək. Təkcə burda 29 növ yemişan var, onların hamısı quruyub. Ağacları belləmək də olmur. Burda yanğın olsa, yanğınsöndürən hansı yolla gələcək? Əvvəllər yanğınsöndürənlər çöl yoluyla gəlirdi, indi o yolu da kəsiblər. Bundan başqa, təbii yağıntılar hasar altından xüsusi yollarla gəlirdi, indi o yolları da kəsiblər, ağaclar nə gün işığıyla, nə də təbii yağıntıyla qidalana bilir. Hələ bu harasıdır, bağın faciəvi günləri burda yaşayış olandan sonra başlayacaq».
«BELƏ ÇIXDI Kİ, BİZİM ŞİKAYƏTİMİZ ƏSASSIZDIR...»
Nəbatat bağındakı ağacların məhvilə bağlı 60-dan çox alim Prezident Administrasiyasından tutmuş bütün dövlət strukturlarını məlumatlandırıb, ancaq heç kim alimləri müdafiə eləmir. Nəbatat bağının baş aqronomu Asif Mehrəliyev:
«Ekologiya, Fövqəladə Hallar nazirliklərindən, Bakı Şəhər İcra Hakimiyyətindən gəldilər, baxdılar, getdilər, onlarla da danışdılar. Axırda bizə məktub göndərdilər ki, o binalar tam qaydasında tikilib, bütün sənədləri yerindədir. Belə çıxdı ki, bizim şikayətimiz əsassızdır...»
«CİNAYƏT İŞİ QALDIRILMALIDIR»
Nəbatat bağının indiki vəziyyəti Yaşıllar Hərəkatını da narahat edir. Hərəkatın rəhbəri Fəridə Hüseynova deyir ki, təzə ağac əkənə qədər, köhnə ağacların qeydinə qalmaq lazımdır:
«Bu cür qiymətli bağ indi görün hansı vəziyyətdədir! Kim oradakı tikintiyə icazə verib, bu bağ nəyə görə bu vəziyyətə düşüb…Bu, cinayətdir. Baş verənlərə görə cinayət işi qaldırılmalıdır».
Əlləri hər yerdən üzülən Nəbatat bağının rəhbərliyi isə deyir ki, bir yolları qalıb, o da beynəlxalq məhkəməyə müraciət eləməkdir. Bəlkə onda dərdlərinə çarə tapılar.