Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Rus milisi – qəhrəmanlar ya canilər?


Rəyi soruşulan 1600 nəfərin 32 faizi milisin işinə mənfi qiymət verib
Rəyi soruşulan 1600 nəfərin 32 faizi milisin işinə mənfi qiymət verib
Rus polisi qanunu pozmağa meyllidir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuya qatılanların 82 faizi belə düşünür. Ötən bu dövlət təşkialtının sorğusuna qatılanların 81 faizi bu cür düşünürdü.

«Rus milisi – qəhrəmanlar, ya cinayətkarlar?» adlı sorğunu təşkil edən dövlət qurumu bununla bağlı yaydığı hesabatda sevindirici məqamların da olduğunu bildirib. Məlumatda deyilir ki, rusiyalıların fikrincə, rus milisinin qanunu pozması, daha çox istisna haldır, nəinki daimi. Məsələn, milisin qanunu daim pozduğunu düşünənlər 35 faizdir, arada-bir pozduğunu düşünənlərin sayı isə 42 faiz.

Amma sorğuya görə, Rusiya milisinin qəhrəmanlığı da istisna haldır. Sorğuda iştirak edənlərin 61 faizi belə düşünür.

POLİSİN VƏTƏNDAŞA MÜNASİBƏTİ PİSDİR

Ümumilikdə rəyi soruşulan 1600 nəfərin ancaq 32 faizi milisin işinə mənfi qiymət verib. Onlardan 20 faizi milisi vətəndaşlara qarşı pis davranmasına görə tənqid edir, 9 faizi milisin səviyyəsiz olduğunu düşünür, 6 faizi mənəviyyatsız.

Rusiyada çoxları Daxili İşlər naziri Rəşid Nurqaliyevin sonunun çatdığını düşünürlər
Maraqlıdır ki, Rusiyada şəhərdə yaşayanların və milislə tez-tez üzləşənlərin əksəriyyəti milisdən narazılıq edir. Kənddə yaşayanlar və imkanlı rusiyalar isə milisdən daha çox razılıq edirlər.

MİLISDƏN NARAZILIQ ARTIQ HÜCUMLARA SƏBƏB OLUR

Ümumiyyətlə, son vaxtlar Rusiyada çoxları Daxili İşlər naziri Rəşid Nurqaliyevin sonunun çatdığını düşünürlər. Rusiya mətbuatı polislə bağlı şikayətlərin çoxalması və polisə hücumların artmasını misal gətirir.

Bazar ertəsi Oryol şəhərində polis məntəqəsi hücuma məruz qalmışdı. «İnterfax»ın xəbərinə görə, məntəqəyə 2 «Molotov kokteyli» atılıb. Ötən cümə günü də Oryoldakı prokurorluq binasının qarşısında kiçik boma yerləşdirilmişdi. Müşahidəçilər bu hadisələri əyalətdə polisə qarşı camaatın hiddətinin artmasıyla izah edirlər, çünki, bu şəhərdə hüquq-mühafizə orqanlarının korrupsiyaya qurşanmasıyla bağlı şikayətlər son zamanlar çoxalıb.

«Levada» sorğu mərkəzinin keçirdiyi son sorğulardan biri də göstərirdi ki, rusiyalıların 22 faizi milislə toqquşmaya girənləri dəstəkləyir. Moskvada yaşayanların hətta daha çoxu, 46 faizi bu cür düşünür.

QHT-lər deyir edir ki, təkcə milisdə hansısa islahatlar aparmaq kifayət etməz. Gərək bütün hüquq-mühafizə sistemi islah edilsin
«Levada» mərkəzindən Denis Volkov deyir ki, bunun səbəbi paytaxtdakı milisin daha amansız olmasıdır. Volkov deyir ki, Moskva milisinin əməkdaşları daha çox regionlardan gələnlərdən yığılır deyə, onların mədəni səviyyəsi də aşağı olur və şəhər sakinlərinə, eləcə də gəlmələrə münasibəti xüsusilə aqressiv olur.

NAZİR ETİRAF EDİR Kİ, MİLİSİ «ƏCƏB EDİB» DÖYÜRLƏR

Rusiyadakı qeyri-hökumət təşkilatları təklif edir ki, əslində təkcə milislə bağlı hansısa islahatlar aparmaq kifayət etməz. Gərək bütün hüquq-mühafizə sistemi islah edilsin. Əslində elə Daxili İşlər naziri Rəşid Nurqaliyev də ötən ilin noyabrında geniş islahatlara tərəfdar olduğunu bildirmişdi. Nazir etiraf etmişdi ki, bəzi hallarda vətəndaşların docrudan da milisləri döyməyə qanuni əsasları olur, onları bu həddə çatdırmaq lazım deyil.

AMMA MİLİSƏ SÖZ DEMƏK BAHA BAŞA GƏLƏCƏK


Amma islahat gözləyənlərin arzusu bir müddət ürəyində qalacaq. Çünki Daxili İşlər Nazirliyi əksinə, milisə qarşı kobud davranışa görə cəzaların sərtləşdirilməsi haqda qanun layihəsini parlamentə təqdim edib.

Ötən ay parlamentə təqdim edilən qanuna görə, iş başındakı milislərə toxunmaq, söz demək belə adi vətəndaşlara baha başa gələcək. Məsələn, milisə söz deməyə, təhqir etməyə görə 1000 dollar cərimə və bir neçə ay islah işləri nəzərdə tutulur. Milisin işinə mane olmaq və fiziki təzyiq etmək fikrinə düşənlər isə daha ağır cərimələr və Cinayət Məcəlləsinə görə, daha ağır cəzalarla üzləşəcəklər.
XS
SM
MD
LG