Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:53

Breivik: “Qətlləri etiraf edirəm, amma günahkar deyiləm”


Norveç terror qurbanları ilə vidalaşır
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

İyulun 25-də minlərlə adam paytaxt Osloda bir neçə gün əvvəl baş vermiş terror qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıb. Mərasimdə baş nazir və kral ailəsinin üzvləri də iştirak edib. Norveç polisinin son məlumatına görə iyulun 22-də paytaxtda

Norveçin paytaxtı Osloda və Utoya adasında bomba partlayışı və qətliam törətməklə 76 nəfərin həyatına son qoyan Anders Behring Breivik iylun 25-də məhkəmə qarşısına çıxarılıb.

Qapalı keçirilməsinə qərar verilən məhkəmədə Breivik hücumları həyata keçirdiyini etiraf etsə də, özünü günahkar saymadığını, “cinayət məsuliyyəti daşımadığını” bildirib.

Oslo Məhkəməsinin hakimi Kim Heger isə qərar qəbul edib ki, Breivik-ə qarşı “terror aktı törətmək niyyətinin olması” ilə bağlı ittiham irəli sürmək üçün kifayət qədər dəlil var.
Qurbanların yaxınları göz yaşı içərisində, Oslo, 25 iyul 2011

Hakimin sözlərinə görə, günahlandırılan şəxs hücumların motivini “Norveçi və Şərqi Avropanı təhlükələrdən, o cümlədən mədəni Marksizmin və müsəlmanların zəbt etməsindən qorumaq istəyi” ilə izah edib.

Hakimin qərara görə, Breivik hələ ki 8 həftə həbsdə qalacaq. Məhkəmə isə qapalı keçiriləcək. Hakim bu qərarını ifrat sağçı Breivik-in açıq məhkəmədən öz siyasi platformasını və anti-müəlman ideologiyasının reklamı üçün istifadə edə biləcıyi ilə izah edib.

***

Norveçdə “çiçək yürüşü” keçirilir


İyulun 25-də minlərlə insan Norveçin paytaxtı Osloda “çiçək yürüşü” keçiriblər.
Qadın polis avtomobil dyaancağını mühafizə edir, 25 iyul 2011
İnsanlar əllərində çiçəklər şəhər mərkəzinə toplaşıblar.

Onlar bununla ötən cümə paytaxtda və Utoya adasında törədilmiş bomba partlayışı və qətliamın qurbanlarını yad ediblər.

Oxşar aksiyalar Norveçin başqa şəhərlərində də keçirilib.

Son məlumata görə, bomba partlayışı və qətliamda 76 nəfər həyatını itirib.



***


Terrorçu bombanın bəzi hissələrini Polşadan alıbmış

Polşa təhlükəsizlik orqanları bildiriblər ki, Norveçdə qətliam törədən terrorçu Anders
Utoeya adasının sahilində qurbanların xatirəsinə şamlar düzülüb, 25 iyul 2011
Behring Breivik istifadə etdiyi bombanın bəzi kiçik komponentlərini Polşadan alıb.

Amma Polşanın Daxili Təhlükəsizlik İdarəsinin direktor müavini Pavel Bialek bu komponentlərin - süni gübrələr alışının qeyri-qanuni olmadığını, belə komponentlərin başqa Avropa ölkələrində də açıq satışda olduğunu deyib.

Breivik həmin komponentləri Polşadan on-line alıb və rəsmiləri deyir ki, onun Polşaya gəldiyini sübut edən heç bir dəlil yoxdur.


***


Breivikin məhkəməsi qapalı keçiriləcək

Osloda və Utoya adasında iki terror aktı törətmiş Anders Breivikin məhkəməsi
Norveçin Baş naziri Jens Stoltenberg xəstəxananın qarşısında jurnalistlərin suallarına cavab verir, 23 iyul 2011
qapalı keçiriləcək. Bu haqda bu günkü məhkəmə prosesində qərar verilib.

Anders Breivikin Osloda törətdiyi partlayış və Utoya adasındakı gənclər düşərgəsinə etdiyi silahlı hücum nəticəsində 86 adam ölüb, 100-dən çox adam yaralanıb. Bir neçə adam isə itkin düşüb.

Bundan əvvəl Brevik bildirmişdi ki, öz hərəkətinin motivləri haqqında məhkəmədə açıq danışacaq.

Norveçdə matəm mərasimlər davam edir. Ölkə ərazisində terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



***


10 ildir ki, Norveçdə yaşayan və hazırda Osloda tibb tələbəsi olan Anar Ağayev Oslodakı terror, bunun səbəbləri və bu terrora ictimai reaksiya haqda Azadlıq Radiosuna nələri dedi?

Azadlıq Radiosu: Osloda baş verən terroru necə qarşıladılar?

Anar Ağayev: Çox ağır qarşıladılar. Çünki burda terroru yalnız televiziyada görmüşdülər.

Azadlıq Radiosu: Zərərçəkənlər arasında azərbaycanlı yoxdur ki?

Anar Ağayev: Yox, yoxdur. Bu gün həlak olanların siyahısı açıqlandı.

Azadlıq Radiosu: Avropada terror deyəndə bunu adətən islamçılarla əlaqələndirirlər. İndi terrorçunun Wall Street Journalın yazdığı kimi sarışın, göygöz norveçli olmasına necə baxırlar?

Anar Ağayev: Burda hamı bilir ki, terrorun milləti yoxdur.
İndi Norveçdə yeni nasistlər güclənməkdədir.

Azadlıq Radiosu: Normal ölkədə anadan olan, təhsil alan , yəni belə baxanda elə bir sosial çətinlik görməyən adamın - 32 yaşlı Anders Behring Breivikin belə bir hərəkət törətməsinə necə baxırlar?

Anar Ağayev: Düzdür , belə baxanda onun yaxşı təhsili var, sosial vəziyyəti yüksəkdir, ancaq onun internet bloqu var idi, orda o özünü nasist hərəkatına rəğbəti olan adam kimi qələmə verirdi. O manifest yazıb, orda o, müsəlmanların Avropada çoxalmasına qarşı çıxır, buna müharibə elan edir.

Azadlıq Radiosu: Norveçdə sağçılar beləmi ciddi qüvvədirlər?

Anar Ağayev: Sağçılar burda sosial-demokratlardan sonra ikinci böyük qüvvədir. Ancaq onlar da iki yerə bölünür: adi sağçılar və ifrat sağçılar. İfrat sağçılar parlamentdə getdikcə daha çox yer götürürlər. Ancaq bu hadisə qarşıdan gələn seçkilərdə onlara böyük ziyan vura bilər.

Azadlıq Radiosu: Norveçdə xarici çoxdurmu?

Anar Ağayev: Norveç əhalisinin 18-20 faizi əslən xaricdən gəlmədir.

Azadlıq Radiosu: Onlar necə baxırlar ifrat sağçıların belə güclənməyinə və belə bir hərəkət etməyinə?

Anar Ağayev: Bunu bir nəfər törədib, bunu bütün sağçıların ayağına yazmaq olmaz. Bu hərəkəti hamı pisləyir, istər xaricilər olsun, istər sağçılar.
XS
SM
MD
LG