Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:08

Azərbaycan ətraf mühit indeksində 111-ci yerdədir


Foto: Arxiv
Foto: Arxiv
Qazaxıstan, Özbəkistan, Türkmənistan və İraq uzun müddət korrupsiya və azadlıq reytinqlərində aşağı yerləri tutublar. İndi bu ölkələrin pis qiymətlərinə biri də əlavə olunub: onlar 2012-ci ilin Ətraf Mühit İndeksində (EPI) lap axırıncı yerlərdədirlər.

İNDEKS 132 ÖLKƏNİ ƏHATƏ EDİR

Araşdırmanı Birləşmiş Ştatların Yel və Kolumbiya universitetləri Dünya İqtisadi Forumu ilə birlikdə aparıb. İndeks 132 ölkəni əhatə edir, ətraf mühit siyasətinin 10 kateqoriyası üzrə hazırlanıb. Bu kateqoriyalara hava və suyun çirklənməsi, iqlim dəyişikliyi, biomüxtəliflik, meşə idarəçiliyi, balıq sənayesinin idarəçiliyi daxildir.

İndeksin məqsədi ölkələrin ətraf mühitin qorunması sahəsində uğurlarını, həmçinin qüsurlarını əks etdirməkdir.

EPI-nin layihə direktoru Angel Hsu deyir ki, bütün dünyada son 10 ildə içməli suyun əldə edilməsi və sanitariya standartlarında irəliləyiş olub. Bəzi ölkələrdə isə hava dəyişikliyi sahəsində geriləmə baş verib.

QAZAXISTAN, TÜRKMƏNİSTAN VƏ RUSİYA

Qazaxıstanın indeksdə 129-cu yeri tutmasına səbəb havaya daha çox zəhərli qaz buraxılmasıdır. Səbəb kimi bu ölkənin kömürdən çox asılı olması göstərilir.

Türkmənistan havaya buraxılan qazlar, həmçinin tullantıların idarə olunması ilə ciddi mübarizə aparır.

Rusiyanın 106-cı yerdə olması da narahatlıq doğurur. A.Hsu deyir ki, bu ölkədə havanın keyfiyyəti getdikcə daha çox aşağı düşür.
Foto: Arxiv
Foto: Arxiv
​Ətraf mühitlə bağlı sağlamlığın indikatoru sayılan uşaq ölümündə də ciddi mənfi tendensiya var.

AZƏRBAYCANIN TƏBİİ QAZA KEÇMƏSİ

Bu Qafqaz ölkəsi 2012-ci indeksində 111-ci yeri tutsa da, araşdırma göstərir ki, Bakı ətraf mühit standartları üzrə ciddi irəliləyiş qazanıb.

A.Hsu deyir ki, Azərbaycanda «iqlim yaxşıya doğru dəyişir, çünki son 10 ildə bu ölkə təbii qaz ehtiyatlarını və ixracını artırıb. Azərbaycan üçün həlledici an 2006-cı ildə gəldi. Bu ölkə təbii qaz ixracatçısına çevrildi. İnkişafda olan ölkələrdə elektrik hasilatı üçün kömür yandırılmasına baxmayaraq, Azərbaycan daha təmiz təbii qaza keçdi».

İndeksin sonundakı ölkə İraqdır. A.Hsu deyir ki, bu ölkədə hökumət qurulmayıb deyə, ətraf mühitin nəzərə alınmaması başa düşüləndir.

2012-ci Ətraf Mühit İndeksində ilk yerləri İsveçrə, Latviya, Norveç, Lüksemburq və Kosta-Rika tutur. Böyük Britaniya 9-cu, Birləşmiş Ştatlar 49-cu, Çin 116-cı yerdədir.
XS
SM
MD
LG