Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:23

Əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi üçün tələb olunan sənədlər


Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan
Sənədlərin siyahısı

(Sənədlərin siyahısını Əmlak Məsələləri Dövlət Komitəsinin bu saytından götür.)

1.Bələdiyyələrin qərarı ilə fərdi yaşayış evlərinin tikilməsi məqsədilə mülkiyyətə verilmiş sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı

1.1.ərizə;
1.2.bələdiyyənin qərarı, bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış, Azərbayan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi);
1.3.torpaq sahəsinin planı və ölçüsü;
1.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

2. 01.01.2001-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin
tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı

2.1.ərizə;
2.2.torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda, sərəncamın ( qərarın) arxiv çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı);
2.3.torpaq sahəsinin planı və ölçüsü;
2.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

3. Fərdi yaşayış evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı

3.1.ərizə;
3.2.torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda sərəncamın (qərarın) arxivdən çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı), torpaq sahəsinin planı və ölçüsü;
və ya
3.3.bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və arxiv arayışı, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi);
və ya
3.4. torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış;
3.5. tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi;
3.6.tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12 m-dən artıq olan binalar üçün ekspertiza rəyi;
3.7.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

4. Vətəndaşların mülkiyyətində olan fərdi yaşayış evlərinin yerləşdiyi qanuni istifadə olan həyətyanı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı

4.1.ərizə;
4.2.fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarış və ya qeydiyyat vəsiqəsi;
4.3.xidmətin arxivində hüquqmüəyyənedici sənəd (ilkin torpaqayırma sənədləri) olmadıqda, torpaq sahəsinin qanuni istifadəyə verilməsi barədə hüquqmüəyyənedici sənəd (ilkin torpaqayırma sənədləri);
4.4.fərdi yaşayış evinin texniki pasportu;
4.5.torpaq sahəsinin planı və ölçüsü;
4.6.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

5. Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin dövlət qeydiyyatı

5.1.ərizə;
5.2.bağ sahəsinin icarə müqaviləsi və ya orderi (22 may 2007-ci il tarixinədək);
5.3.bağ sahəsinin planı və ölçüsü;
5.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

6. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı (yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir)

6.1.ərizə;
6.2.üzvlük kitabçası və ya icarə müqaviləsi (ərazi idarəsinin arxivindəki bağçılıq üzvlərinin siyahısında ərizəçinin adı olmadıqda, əmək kitabçasının surəti və ya iclasın protokolundan çıxarış tələb oluna bilər);
6.3.bağ sahəsinin planı və ölçüsü;
6.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

7. Bağ evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı

7.1.ərizə;
7.2.bağ sahəsinin icarə müqaviləsi və ya orderi, bağ sahəsinin planı və ölçüsü
və ya;
7.3.üzvlük kitabçası və ya order, bağ sahəsinin planı və ölçüsü
və ya;
7.4.bağ sahəsinin üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış;
7.5.tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı və ya istimara qəbul aktı, hündürlüyü 12 m-dən artıq olan bağ evləri üçün ekspertiza rəyi;
7.6.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

8. Vətəndaşların mülkiyyətində olan bağ evlərinin yerləşdiyi qanuni istifadədə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı

8.1.ərizə;
8.2.bağ evinin dövlət reyestrindən çıxarışı və ya qeydiyyat vəsiqəsi;
8.3.bağ sahəsinin qanuni istifadədə olmasını təsdiq edən sənəd;
8.4.bağ evinin texniki pasportu;
8.5.bağ sahəsinin planı və ölçüsü;
8.6.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

9. Əvvəllər yaranmış hüquqların dövlət qeydiyyatı (Xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar)

9.1.ərizə (müraciət);
9.2.daşınmaz əmlak üzərində hüquqları təsdiq edən dövlət aktı, şəhadətnamə və ya qeydiyyat vəsiqəsi;
9.3.tikilinin texniki pasportu, torpaq sahəsinin planı.
Qeyd 1. Qeyri-yaşayış sahəsinə (binasına) dair şəhadətnamədə sahə göstərilmədiyi halda, özəlləşdirmə anına tərtib edilmiş texniki pasport, özəlləşdirilən obyektin dəyərinin müvafiq hesaba tam ödənilməsi barədə arayış.

10. Hərrac vasitəsilə əldə edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı (hərracda satılan bələdiyyə torpaqları istisna olmaqla)

10.1.ərizə (müraciət);
10.2.hərrac protokolu və ya alqı-satqı müqaviləsi, yaşayış sahələri (mənzil, fərdi yaşayış və bağ evləri) üçün notarius tərəfindən verilmiş şəhadətnamə;
10.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

11. Mülkiyyət hüququnu təsdiq edən itirilmiş, yararsız hala düşmüş və ya tamamilə məhv olmuş sənədlərin dublikatının verilməsi

11.1.ərizə (müraciət);
11.2.mətbu nəşrlərdə dərc edilmiş elan;
11.3.şəhər (rayon) polis şöbələrinin tapıntılar bürosundan arayış;
11.4.təbii fəlakət və ya qəza nəticəsində məhv olmuş sənədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş aktın təsdiq edilmiş surəti;
11.5.yararsız hala düşmüş mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
11.6.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

12. Hüquq sahibinin iradəsi ilə sökülərək məhv edilmiş daşınmaz əmlak üzərindəki hüququn qeydiyyatının ləğvi

12.1.ərizə (müraciət);
12.2.daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
12.3.məhv edilmiş daşınmaz əmlak:
- ailəyə məxsus olduqda nikah haqqında şəhadətnamənin surəti və həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi;
- paylı mülkiyyət olduqda payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
- ərizəçi hüquqi şəxs olduqda təsisçilərin ümumi yığıncağının protokolundan çıxarış;
12.4. dövlət rüsumunun ödənilməsi barədə qəbz.


13. Təşkilati-hüquqi formasını dəyişmiş hüquqi şəxslərə dövlət reyestrindən çıxarışın verilməsi

13.1. ərizə (müraciət);
13.2.daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədin əsli;
13.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.


14. Dövlətə və ya bələdiyyələrə məxsus torpaq sahələri üzərində hüququn dövlət qeydiyyatı

14.1.müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti;
14.2.torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, yerli icra hakimiyyəti orqanının qərar və sərəncamı, bələdiyyənin qərarı);
14.3.torpaq sahəsinin ayrıc aktı;
14.4.torpaq sahəsinin planı və ölçüsü;
14.5.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

15. Hüquqi və fiziki şəxslərin icarəsində (istifadəsində) olan daşınmaz əmlak üzərində yüklülüyün qeydiyyatı

15.1.ərizə (müraciət);
15.2.daşınmaz əmlakın icarə müqaviləsi və ya istifadəyə verilməsinə dair sənəd (sərəncam və ya qərar);
15.3.daşınmaz əmlakın texniki pasportu;
15.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

16. Daşınmaz əmlak üzərində hüquqların qabaqcadan qeydiyyatı

16.1.ərizə (müraciət);
16.2.tikintiyə icazə sənədləri, tikintinin plan-cizgisi, təsdiq edilmiş layihə, inşaat pasportu;
16.3.hüquq əldə edənə kreditin verilməsi və ya bina sahibinin hesabına kreditin köçürüləcəyi haqqında müqavilə yaxud mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd və ya mənzil sertifikatı.
16.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

17. Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri
əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı

17.1.ərizə (müraciət);
17.2.alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.;
17.3.daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;
17.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

18. Mənzil fondunun özəlləşdirilməsi

18.1.ərizə;
18.2.üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya keçmiş Sovetlər İttifaqı dövründə yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda order və ya orderin arxiv arayışı;
18.3.2005-ci il 24 iyun tarixindən sonra ərizəçi mənzil-tikinti kooperativinin üzvləri sırasına qəbul olunduğu halda kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış;
18.4.kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı;
18.5.üzərində mülkiyyət hüquqları qeydiyyata alınan və ya özəlləşdirilən mənzil dövlət fonduna və ya 2005-ci il 24 iyun tarixinədək yaradılmış mənzil-tikinti kooperativinə aid olduqda mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma) və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
18.6.müəssisə və idarələrin balansında olan mənzillər üçün kirayə (icarə) müqaviləsi;
18.7.dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Qeyd: Mənzil, kooperativ olmayan qeyri-dövlət hüquqi şəxsə aid olduqda notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim edilməlidir.

19. Kooperativ binaların tərkib hissəsi olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı

19.1.ərizə (müraciət);
19.2.payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı;
19.3.qeyri-yaşayış sahəsinin plan-cizgisi, onun yerləşdiyi mərtəbənin layihəsindən təsdiq edilmiş çıxarış;
19.4.2005-ci il 24 iyun tarixindən sonra ərizəçi mənzil-tikinti kooperativinin üzvləri sırasına qəbul olunduğu halda, kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış;
19.5.dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Qeyd: Qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olduqda müvafiq qaydada özəlləşdirilməsi həyata keçirildikdən sonra mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıla bilər.

20. Bölünmə, birləşmə nəticəsində yeni yaranmış daşınmaz əmlak üzərində
hüququn dövlət qeydiyyatı

20.1.ərizə (müraciət);
20.2. Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;
20.3.bölünmə nəticəsində yeni yaranmış daşınmaz əmlakın notarial qaydada təsdiq edilmiş özgəninkiləşdirilmə müqaviləsi (alqı-satqı, bağışlama və s.);
20.4.birləşməyə əsas olan hüquqmüəyyənedici sənədlər;
20.5.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

21. İpotekanın, əlavə və sonrakı ipotekanın dövlət qeydiyyatı

21.1.ipoteka saxlayanın ərizəsi;
21.2.ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və etibarnamə ilə çıxış edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
21.3.ipoteka müqaviləsi;
21.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

22. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatı

22.1.ipoteka saxlayanın ərizəsi;
22.2.bildirişin ipotekaqoyana təsdiq etmə üsulu ilə göndərilməsinə dair qəbz.
22.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

23. İpoteka kağızlarının dövlət qeydiyyatı

23.1.Azərbaycan Respublikasi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müraciəti ilə göndərilmiş məlumat.


24. Lizinqin dövlət qeydiyyatı

24.1.lizinq alanın ərizəsi;
24.2.lizinq müqaviləsi;
24.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

25. İpotekanın dövlət qeydiyyatının ləğvi

25.1.ipoteka saxlayanın ərizəsi;
25.2.ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və etibarnamə ilə çıxış edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
25.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.


26. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatının ləğvi

26.1.ipoteka saxlayanın ərizəsi;
26.2.ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və etibarnamə ilə çıxış edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.

27. İpoteka kağızlarının dövlət qeydiyyatının ləğvi

27.1.Azərbaybaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müraciəti ilə göndərilmiş ipoteka kağızının əsli.

28. Adına əmlak olub-olmamasına dair arayışın verilməsi

28.1.ərizə;
28.2.hərbçilər üçün 33 saylı forma üzrə arayış.


29. Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatı

29.1.tikintiyə vərəsəlik hüququ əldə edənin ərizəsi;
29.2.tikintiyə vərəsəlik hüququ müqavilə;
29.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

30. Tikintiyə vərəsəlik hüququnun dövlət qeydiyyatının ləğvi

30.1.tərəflərdən birinin ərizəsi;
30.2.tərəflərin notarial qaydada təsdiq edilmiş qarşılıqlı razılaşması.

31. Sorğu əsasında dövlət reyestrindən arayışın verilməsi

31.1.ərizə (müraciət);
31.2.müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti.

32. Əməliyyatların dayandırılması

32.1.hüquq sahibinin və ya qeydiyyata alınmalı olan əqdin tərəfinin ərizəsi (müraciəti).


33. Hüququn girovunun dövlət qeydiyyatı

33.1.girov saxlayanın ərizəsi.

34. Hüququn girovunun dövlət qeydiyyatının ləğvi

34.1.girov saxlayanın ərizəsi.

35. Qarışıq müqavilənin dövlət qeydiyyatı

35.1.ipoteka saxlayanın və ipoteka qoyanın ərizəsi (müraciəti);
35.2.qarışıq müqavilə (alqı-satqı və ipoteka müqaviləsi);
35.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz (yalnız icarə üçün).

36. Daşınmaz əmlakın texniki pasportunun tərtib edilməsi

36.1.ərizə (müraciət);
36.2.mülkiyyət hüququnu təsdiq edən sənəd (olduğu halda);
36.3.daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər (olduğu halda).

37. Daşınmaz əmlakın qiymətləndirilməsi

37.1.ərizə (müraciət);
37.2.texniki pasport (olduğu halda).

38. Daşınmaz əmlakın texniki pasportunun surətinin (dublikatının) verilməsi

38.1.ərizə (müraciət);
38.2.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

39. Daşınmaz əmlakın texniki pasportunda cari dəyişikliklərin edilməsi

39.1.ərizə (müraciət);
39.2.texniki pasport;
39.3.cari dəyişikliklərə əsas olmuş sənəd.

40. Hüquqi və ya fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində (icarəsində) olan qeyri-dövlət torpaq sahələri üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydiyyatı

40.1.ərizə (müraciət);
40.2.ərizəçinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, dövlət aktı, dövlət reyestrindən çıxarış və ya istifadəyə (icarəyə) verilməsini təsdiq edən sənəd;
40.3.tikilinin müvafiq icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi;
40.4.tikilinin istismara qəbul aktı;
40.5.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

41. Özəlləşdirilmiş dövlət əmlakı üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatı

41.1.ərizə (müraciət);
41.2.torpaq sahəsinin özəlləşdirilməsini təsdiq edən şəhadətnamə və ya torpaq sahəsinin istifadəyə (icarəyə) verilməsini təsdiq edən sənəd;
41.3.tlkilinin (qurğunun) özəlləşdirilməsini təsdiq edən şəhadətnamə (02.07.2009-cu il tarixinədək) və ya 02.07.2009-cu il tarixindən sonrakı dövrdə alqı-satqı müqaviləsi ilə birlikdə bildiriş məktubu;
41.4.daşınmaz əmlakın texniki pasportu;
41.5. dövlət rüsumunun ödənilməsi barədə qəbz.

42. Daşınmaz əmlakın hüquqi şəxsin nizamnamə fonduna verilməsi

42.1.ərizə (müraciət);
42.2.daşınmaz əmlakın hüquqi şəxsin nizamnamə fonduna verilməsi barədə notarial qaydada təsdiq edilmiş müqavilə;
42.3.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

43. Dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı

43.1.ərizə;
43.2.torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.);
43.3.obyektin inşaat pasportu, obyektin layihə sənədləri;
43.4.obyektin istismara qəbul aktı;
43.5.obyektin texniki pasportu;
43.6.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

44. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş daşınmaz

əmlak üzərində hüquqların qeydiyyatı

44.1.ərizə;
44.2.əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər;
44.3.əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı, müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları);
44.4.obyektin texniki pasportu;
44.5.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

45. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrinin) özgəninkiləşdirilən daşınmaz əmlakı üzərində hüquqların qeydiyyatı

45.1.ərizə;
45.2.əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.);
45.3.əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları);
45.4.səhmlərin və əmlakın yüklülüyünə dair arayış (özgəninkiləşdirilmə dövrünə səhmdarların reyestrindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar);
45.5.alqı-satqı müqaviləsi və ödəniş sənədləri;
45.6.obyektin texniki pasportu;
45.7. dövlət rüsumunun ödənilməsi barədə qəbz.

46. Ləğv edilmiş hüquqi şəxslərin daşınmaz əmlakı üzərində hüquqların qeydiyyatı

46.1.ərizə;
46.2.obyektin texniki pasportu;
46.3.ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd);
46.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

47. Dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakın texniki pasportunun tərtib edilməsi

47.1.ərizə;
47.2.dövlət əmlakının registrindın çıxarış;
47.3.torpaq sahəsinin ayrılması barədə sənəd və yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş plan-sxem;
47.4. dövlət rüsumunun ödənilməsi barədə qəbz.

48. İcarəyə verilmiş daşınmaz dövlət əmlakının texniki pasportunun tərtib edilməsi

48.1.ərizə;
48.2.icarə müqaviləsini surəti;
48.3.dövlət əmlakının registrindən çıxarış;
48.4.torpaq sahəsinin ayrılması barədə sənəd və yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş plan-sxem (sərbəst torpaq sahəsi olan ayrıca tikiilər üçün);
48.5.dövlət rüsumunun ödənilməsi barədə qəbz.

49. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi

49.1.ərizə;
49.2.mülkiyyət hüququnu təsdiq edən sənəd.

Siyahıya əlavə qeydlər:


Qeyd 1. Ərizəçi fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd, etibarnamə ilə çıxış edərsə, etibarnamə təqdim etməlidir.

Qeyd 2. Ərizəşi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.

Qeyd 3. Göstərilən xidmətlərə görə xidmət haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarına müvafiq olaraq ərazi idarəsinin xəzinəsinə və ya bank hesabına ödənilməlidir.

Qeyd 4. Hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakın hesabına təsisçilərin (səhmdarların) həmin hüquqi şəxsin ləğvi və ya təsisçilərin (səhmdarların) paylarının (səhmlərin) dəyərinin qaytarılması hallarında aparılmış hərəkətlərin xüsusiyyətləri nəzərə alınmaqla, əlavə sənədlər tələb oluna bilər.

Qeyd 5. Milliləşdirilmiş və bələdiyyə mülkiyyətinə alınmış daşınmaz əmlakın əvvəlki sahiblərinə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları da mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.

Qeyd 6. Kənd yaşayış məntəqələri, eləcə də əvvəllər kənd əraziləri olmuş, sonralar şəhər ərazilərinə birləşdirilmiş və ya qəsəbə (şəhər) statusu verilmiş ərazilərdə 2001-ci il 1 yanvar tarixə qədər vətəndaşlar tərəfindən inşa edilmiş fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı üçün müvafiq hüquq müəyyənedici sənədlər olmadıqda, hüquqların qeydiyyatı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olmasını təsdiq edən sənəd (yerli və rayon aqrar-islahat komissiyalarının qərarları, həyətyanı torpaq sahələrinin ayrılması barədə kolxoz idarə heyətinin qərarı, kolxozun qaytanlanmış kitabından çıxarış, kənd soveti icraiyyə komitəsinin (hal hazırda ərazi icra nümayəndəliklərinin) təsərrüfatbaşı kitabından çıxarış, və ya kənd soveti icraiyyə komitəsi (hal hazırda ərazi icra nümayəndəlikləri) tərəfindən verilmiş arayış) və Xidmətin müvafiq ərazi idarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportu əsasında həyata keçirilir (hündürlüyü 12 m-dən artıq olan fərdi yaşayış evləri istisna olmaqla).

Qeyd 7. Torpaq sahəsinin kateqoriyası və məqsədli istifadəsi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməlidir.

XS
SM
MD
LG