Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:07

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyi elan edildi


"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
-

Azadliq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az-da keçirilən “Ədəbi Azadlıq-2013” Milli Müsabiqəsinin şeir nominasiyası üzrə 20-liyi açıqlandı.

Bu ilki şeir yarışmasını əvvəlkilərdən fərqləndirən o olub ki, bir şair münsiflərin hamısından əsasən yüksək bal alıb. Bu da "Ədəbi Azadlıq"ın təcrübəsində ilk belə haldır. Bir neçə şairi isə münsiflərin əksəriyyəti yüksək balla qiymətləndirib. (Bu il münsiflərin sayı da artırılıb).

Müsabiqəyə qəbul edilmiş 154 müəllifin şeirlərini oxuyan münsiflərin hər biri onlar arasından öz 20-liyini seçib. (Münsiflərdən yalnız biri 20-liyə 20-dən az müəllifin əsərini layiq bilib).

Biz də onların göndərdiyi uzun siyahılardakı balları adi qaydada toplamaqla müsabiqənin yekun 20-liyini hazırlamışıq. 20-liyə keçid balı 22 olduğu və bu qədər balı 3 şair topladığı üçün uzun siyahıda 20 yox, 21 yazar yer alıb.

Beləliklə, müsabiqəmizin uzun siyahısı:

(sıralama şərtidir və yazılar müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə dəymədən çap edilir)

Sara Selcan

Könül Həsənqulu

Ramil Əhməd

Balayar Sadiq


Yaşar Bünyad

Aygül Qurbanova

Xatirə Nurgül

Aytən Nəsibbəyli

Fərid Hüseyn

Nigar An (Nizami)

Məmməd Əbülfəzoğlu

Kürçaylı Məmmədov

Səxavət Sahil

Azər Zeynalov

Elxan Yurdoğlu

Tosif Həsənli

Elçin Aslangil

Xuraman Hüseynzadə

Furqan Sadıq

Hacıbala Səfərov

İbrahimxəlil


Ümumilikdə münsiflər şeir nominasiyasında 57 yazarı fərqləndiriblər.

Digər 36 yazar münsiflərdən bal alsalar da, bu, 20-liyə keçmək üçün bəs etməyib.

Onların adlarını çox baldan az bala doğru (neçə münsifdən bal alması qeydi ilə) çap edirik:

Şəhriyar del Gerani – 10+9=(19)

Sayman Aruz – 13+6=(19)

Cabir Umudov - (19)

Mənsur Feyzizadə - 14+4 (18)

Lalə Məhərrəmli – 10+8=(18)

Qabil Fəqani – (15)

Sina Jahanbakhsh (Teoman Sarablı) – (15)

Vidadi Qənbərov – (14)

Leyla Məmmədova – 12+1=(13)

Əli Şirin Şükürlü – (12)

Elvin Bayramlı – (12)

Kənan Hacıyev - (12)

Rəsul İsmailiyan – (12)

Bəhruz Cəfərov (Bəhmənoğlu) – 2+4+5=(11)

Şəbnəm Xeyrulla – (11)

Elvin Nəcəfov – 1+10=(11)

Tərlan Məsmalı – (10)

Cabir Ağaoğlu (Albantürk) – (9)

Rəsul Mirzəyev – (8)

Mehman Rəsulov – (7)

Mustafa Mustafayev – (7)

Roma Xosrov – (6)

Nüşabə Aslan (Cəfərova) – (6)

Əyyub Əliyev (Müztərib) – (6)

Günel Eminli – (6)

Məlahət Gözəlova (5)

Ruslan Həsənov – (5)

Pərviz Seyidli (5)

Vahid Aslan – (4)

Sima Ənnağı – (4)

Aynur Qəniyeva – (3)

Hafiz Temirov – (3)

Şəhriyar Həsənov - (3)

Fərhad İsgəndərov (Yalquzaq) - (2)

Afaq ŞIXLI – (2)

Vüqar Abdıyev – (1)


Oxucuların 20-likdəki əsərlərlə müqayisəsi üçün həmin 36 müəllifin əsərlərini "Oxu zalı"nda da çap edə bilərik.

Ümumiyyətlə, münsiflərdən neçə bal almasından asılı olmayaraq 57 şairin şeirlərini müsabiqənin seçmə əsərlərinin dərc olunacağı kitaba daxil etməyi düşünürük.

Bir müddət sonra şeir onluğunu elan edəcəyik. Yaxın 3 həftədə isə hekayə 20-liyi açıqlanacaq. Bu barədə oxuzalı.az-da əlavə məlumat verəcəyik.
XS
SM
MD
LG