Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:08

İşçi Qrup bundan sonra «İnsan hüquqları üzrə Birgə Qrup» adlanacaq


Siyasi məhbuslar
Siyasi məhbuslar

-

Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət və 2005-2008-ci illərdə fəaliyyət göstərmiş birgə işçi qrup oktyabrın 22-də iclasını keçirib. Jurnalist Xədicə İsmayıl tədbirə dəvət olunsa da, Milli Məclisin binasına buraxılmayıb.

Yazı daim yeniləndiyindən son məlumatlar yazının əvvəlindədir.

-------------------------------------------------------------------

İŞÇİ QRUPUN FƏALİYYƏTİ BƏRPA OLUNDU

İşçi Qrup bundan sonra «İnsan hüquqları üzrə Birgə Qrup» adlanacaq. Bu haqda qərar qurumun oktyabrın 22-də keçirilən toplantısında verilib.

Birgə Qrupa iki dövlət rəsmisi həmsədrlik edəcək: Prezident Administrasiyasında Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov.

Qurumun katibliyi də seçilib: hüquq müdafiəçiləri Sahib Məmmədov, Səadət Bənənyarlı, Prezident Administrasiyasının əfv sektorunun müdiri Kəmalə İsmayılova.

Qrupda Avropa Şurası baş katibi Yaglandın xüsusi nümayəndəsi, AŞ-nın siyasi işlər üzrə şöbə müdiri Alexander Gessel də təmsil olunacaq. Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Səidə Qocamanlı deyib:

Gözlə

No media source currently available

0:00 0:06:10 0:00
Direct-ə keçid

«Birincisi, bugün 2005-2008-ci illərdə yaradılmış İşçi Qrupun davamı kimi toplantımız oldu. Əsasən təşkilatı məsələlər müzakirə edildi. İşçi Qrup bundan sonra İnsan hüquqları məsələləri üzrə Birləşmiş Qrup adlanacaq. Niyə belə? Çünki bundan sonra həmin qrupda həm vətəndaş cəmiyyətinin fəalları, həm dövlət qurumlarının nümayəndələri təmsil olunacaq. Bunlar kimlərdir. Deməli, vətəndaş cəmiyyətindən Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Əli Hüseynov, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı və mən. Birləşmiş Qrupa hakimiyyətdən Fuad Ələsgərov, Səməd Seyidov, Azay Quliyev, Kəmalə İsmayılova, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələri qatılacaq. Gələcəkdə siyahıya əlavələr də edilə bilər. Birgə Qrupun gözəl cəhəti budur ki, burda hökumət və vətəndaş cəmiyyəti fəalları ilə yanaşı Avropa Şurasının rəsmisi də təmsil olunacaq. Bu Avropa Şurası baş katibi Yaqlandın xüsusi nümayəndəsi, Avropa Şurasının siyasi işlər üzrə şöbəsinin müdiri Alexander Gessel-dir. O da bundan sonra həmin iclaslarda iştirak edəcək».

«SİYASİ MƏHBUS ADLANDIRILANLARDAN TUTMUŞ....»

Səidə Qocamanlı deyir ki, yeni yaradılmış Birgə Qrupdan gözləntiləri çoxdur: «Onun adının Birgə Qrup adlanması təsadüfi deyil. Qrupda cəmiyyəti narahat edən, siyasi məhbuslar adlandırılan şəxslərin işlərindən tutmuş həm də hüquqları pozulan vətəndaşların işini araşdıracağıq. Həbsxanadakı vəziyyət, məhbusların sağlamlığı, ömürlük cəza alanların problemləri də gündəmə gətirilir. Bütün bu problemlər dialoq vasitəsilə hökumət qurumları və vətəndaş cəmiyyət fəalları ilə birgə müzakirə edəcəyik. Bu məqsədlə gələn ay yenidən toplanacağıq».

Səidə Qocamanlı deyir ki, ilkin olaraq siyasi məhbus məsələsi gündəmdə olacaq, eləcə də haqqında Avropa İnsan Haqları Məhkəməsi qərar verilənlərin işinə baxılacaq: «Elələri var Avropa Məhkəməsi haqqında qərar çıxarıb. İlqar Məmmədov, Əli İnsanov və başqaları...»

«XƏDİCƏ QRUP BİSMİLLAH DEMƏMİŞ BİZİ TƏHQİR EDƏN STATUS YAYDI»

Bəs araşdırmaçı jurnalist Xədicə İsmayıl niyə Birgə Qrupa qəbul edilmədi? Səidə Qocamanlı deyir ki, həmkarları jurnalistdən narazıdırlar:

«Qrup hələ bismillah etməmiş, işə başlamamış dünən axşam facebookda bizi təhqir edən status qoydu. Baxmayaraq ki, Xədicənin orda olmasının əleyhinə deyildik. Amma o bir daha destruktiv element kimi ortaya çıxdı, o bir daha göstərdi ki, bizimlə işləməsi mümkün deyil. Dialoqda kimisə qılınclamaq, qamçılamaq olmaz. Bizə satqın deyib, biz susmuşuq. Amma dünənki statusu hamı görüb. Xədicə o statusla işçi qrupa gələn yolunu bağladı».

ARZU ABDULLAYEVA: «HƏMİN STATUS QRUP ÜZVLƏRİNİ ÇOX İNCİTDİ»

Arzu Abdullayeva Xədicə İsmayılın statusunun həqiqətən də qrup üzvlərini incitdiyini deyir. Hətta Avropa Şurasının təmsilçisi Alexander Gessel-in buna bir qədər təəccübləndiyini də söyləyir:

Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

«Yəni Getsel də dedi ki, belə münasibətlə orda necə işləyə bilər, necə oradakılarla əlaqə qura bilər? O hamını damğalamışdı, məndən başqa. Ancaq həqiqətən də biz dialoqa gedirik və dilaoqa gediriksə buna hazır olmalıyıq».

XƏDİCƏ İSMAYIL HEÇ KİMİ TƏHQIR ETMƏDİYİNİ DEYİR

«Hesab edirəm ki, həmin qrupda siyasi məhbusların maraqlarını hökumətlə sövdələşmədən üstün tutan adamlar da olmalıdır. Belə hüquq müdafiəçilərinin əksəriyyəti həbsdədir. Mən yazmışam ki, ilk təklifim siyasi məhbus siyahısını hazırlamış Leyla Yunus, Rəsul Cəfərov və başqa hüquq müdafiəçiləri haqqında həbs-qətimkan tədbiri dəyişdirilib həmin prosesə cəlb edilməli olsalar, o qrupda iştirak edə bilərəm. O qrupda təkcə Arzu Abdullayevaya inanıram. Ola bilsin onunla bağlı optimist düşünürəm. Hər halda həmin qrupun katiblərindən biri Varşavada ATƏT-in insan haqları ilə bağlı toplantısında hüquq müdafiəçilərinin həbsinə haqq qazandırıraq onların yeyintiyə görə həbs edildiklərini demişdi. Belə mövqe yolverilməzdir».

XƏDİCƏ İSMAYIL İŞÇİ QRUPUN İCLASINA BURAXILMADI

Bu gün - oktyabrın 22-də Milli Məclisdə insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı işçi qrup təsis olunur. İşçi Qrupa hüquq müdafiəçiləri, deputatlar və başqa rəsmilər də dəvət olunublar. Dəvətlilər arasında araşdırmaçı jurnalist Xədicə İsmayıl da var.

Jurnalist bildirir ki, tədbir başlasa da, onu Milli Məclisə buraxmayıblar. O bu haqda facebook səhifəsində yazıb:

«İşçi qrupa məni dəvət etməklə bağlı fikirlərini dəyişdilər. Məni parlamentin binasına buraxmırlar. «Adınız siyahıda yoxdur» deyirlər. Prezident Aparatına zəng vurdum. Dedilər: «Ola bilməz». Amma yenə də buraxmırlar. 40 dəqiqədir burdayam. «Yalançını evinəcən» prinsipi ilə gözləyirəm. Bu arada YAP redaktorlarını da dəvət ediblər. İçəridədirlər».

GÖRÜŞ BAŞLAMAYIB, ANCAQ...

Bir qədər sonra Xədicə İsmayıl yazıb: «Prezident administrasiyasından Vüqar Əliyev təkrar zəng elədi. Dedi ki, digər QHT-lər (qrupa GONGO-lar (hökumətin dəstəklədiyi qeyri-hökumət təşkilatları -red.) və Arzu Abdullayeva daxildir) iştirakıma etiraz ediblər. Soruşdum ki, «görüş başlamayıb axı, buna necə nail olublar?», dedi «bilmir». Ümid edirəm Arzu Abdullayeva bu komediyada iştirakdan imtina edəcək. Yoxsa onun barəsində xeyli nikbin düşünürəm».

İşçi qrup Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın təklifi ilə fəaliyyətini bərpa edir.

Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərirdi.

XS
SM
MD
LG