Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:35

İlham Əliyev Leyla Yunusla maraqlanacaq


François Hollande və İlham Əliyev
François Hollande və İlham Əliyev

-

Parisdə Fransa və Azərbaycan prezidentlərinin təkbətək görüşündə François Hollande Azərbaycanda insan hüquqları məsələsini qaldırıb.

«France press» agentliyinin yaydığı məlumata görə, İlham Əliyevlə söhbət zamanı F.Hollande həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə toxunub. Azərbaycan prezidenti Leyla Yunusun taleyi ilə maraqlanacağını deyib.

Leyla Yunusun qızı Dinarə Yunus oktyabrın 27-də Fransa prezidentinə açıq məktub göndərib. Məktubda o, valideynləri, onların fəaliyyəti haqda geniş məlumat yazıb və sonda Fransa prezidentindən dəstək istəyib:

«Mənim valideynlərimin sizin dəstəyinizə bu gün ehtiyacları var. Çünki sabah gec ola bilər».

Leyla Yunus və həyat yoldaşı Arif Yunus vətənə xəyanətdə və vergidən yayınmada ittiham olunurlar. Beynəlxalq hüquq-müdafiə təşkilatları onları siyasi məhbus hesab edir.

XS
SM
MD
LG