Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:30

''Nardaran işi'ndə hakimlər DİN şahidlərini müdafiə edir'


Taleh Bağırov
Taleh Bağırov

“Təqsirləndirilən şəxslərin onlara amansız işgəncələr verilməsi haqqında çoxsaylı ifadələrinə baxmayaraq, hakimlər bu şikayətləri araşdırmır”.

Siyasi Məhbuslar Monitorinq Mərkəzinin “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov və “Nardaran işi” üzrə digər təqsirləndirilən şəxslərin məhkəməsi ilə bağlı bəyanatında belə deyilir.

“Əksinə, dövlət ittihamçıları və hakimlər şahidlərin – Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının müttəhimlərin və vəkillərin onları ifşa edən suallarından yayınmasına kömək edir”, deyə Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Buna da bax:​ 'Nardaran işi'ndə 'Şah getsin!', 'İstefa!' şüarları

Elşən Həsənov daha sonra deyib:

““Nardaran işi” üzrə təqsirləndirilən şəxslər barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 6 (ədalətli məhkəmə təhqiqatı hüququ), 13 (səmərəli müdafiə vasitəsi əldə etmək hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələri pozulub”

Bəyanatda vurğulanır ki, həbsdə olanların və bəzi şahidlərin ifadələri Nardaran qəsəbəsində hədsiz güc tətbiqinin qanunauyğunluğunu şübhə altına qoyur:

“Biz işgəncə şikayətlərinin obyektiv araşdırılmasını, müstəqil ekspertlərin iştirakı ilə ekspertizalar həyata keçirilməsini tələb edirik. Polisin əsassız olaraq silahdan istifadə etməsini və nəticədə insanların həlak olmasını pisləyirik”, deyə Siyasi Məhbuslar Monitorinq Mərkəzinin bəyanatında qeyd edilir.

Buna da bax:​ 'Nardaran işi': Polislə təqsirləndirilənlər bir-birinə ayaqqabı atdılar...

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi Hərəkatı»nın 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran İşi”ndə həbs edilənlərə işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG