Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19

Avropa ABŞ və NATO üzvlərini özünün müdafiə paktına dəvət edir


ABŞ və Avropa İttifaqının bayraqları Avropa Şurasının binası qarşısında
ABŞ və Avropa İttifaqının bayraqları Avropa Şurasının binası qarşısında

Avropa İttifaqı NATO üzvü olan ABŞ, Kanada və Norveçin - Avropa boyunca qoşunların və hərbi texnikanın çevik hərəkətini təmin etmək üçün nəzərdə tutulan layihəsində iştirakına icazə verib.

Mayın 6-da qəbul olunmuş bu tarixi qərarla Avropa İttifaqı özünün Daimi Strukturlanmış Əməkdaşlıq (Permanent Structured Cooperation) və ya qısaca PESCO paktı adlanan təşkilatının qapılarını başqa ölkələr üçün açıb.

PESCO paktı 2017-ci ildə Avropa İttifaqı liderlərinin sammitində yaradılıb. Təşkilatın yaradılması Qərblə Moskva arasında münasibətlərin son dərəcə gərginləşdiyi dövrə təsadüf edirdi.

Bundan üç il əvvəl, 2014-cü ilin aprelində Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etmiş və Ukraynanın şərqindəki moskvayönlü separatçılara dəstək verməyə başlamışdı.

Blok 2028-ci ilədək təsdiq edilmiş büdcəsindən “hərbi hərəkiliyin yaxşılaşdırılması” üçün 1.7 milyard avronun (2 milyard dollar) ayrılmasını nəzərdə tutub. Hərbi mütəhhərriklik NATO-nun Rusiya ilə mümkün münaqişədə əsas element saydığı faktordur.

Məsələ burasındadır ki, hazırda mövcud olan infrastruktur Avropa sərhədləri üzərindən quru, su və hava yolu ilə hərbi qüvvələrin çevik şəkildə hərəkətə gətirilməsinə maneçilik törədir.

Beləliklə Brüssel 27 üzv ölkənin müdafiə nazirlərinin bir illik fasilədən sonra keçirilən ilk üzbəüz görüşündə Birləşmiş Ştatlar, Kanada və Norveçin – Niderlandın rəhbərlik etdiyi bu layihəyə qoşulmalarına yaşıl işıq yandırıb.

Qoşunların Avropa boyunca çevik hərəkəti

Avropa İttifaqının xarici işlər komissarı və sözü gedən iclasın sədri Jozep Borrell ümid etdiyini bildirib ki, sözü gedən üç ölkənin “hərbi təcrübəsi” qoşun hərəkiliyinin yaxşılaşdırılmasına xüsusi töhfə verəcək.

Borrel əlavə edib ki, bu hadisə Avropa İttifaqının müdafiəsini daha səmərəli edəcək və onun təhlükəsizliyini möhkəmləndirəcək.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer üç ölkənin hərbi qrupa qoşulmasını “konkret əməkdaşlıq istiqamətində nəhəng addım” adlandırıb.

Xanım Kramp-Karrenbauer bildirib ki, Avropa üzvlərinin daxili sərhədləri üzərindən qoşun və hərbi texnikanın çevik şəkildə hərəkət etdirilməsi qabiliyyəti təkcə Avropa yox, həm də NATO üçün mühümdür.

NATO-nun baş katibi Yens Stoltenberq Avropa nazirləri ilə görüşündə bu addımı alqışlayıb və vurğulayıb ki, “qeyri-Avropa İttifaqı ölkələri Avropanın müdafiəsində mühüm rol oynayırlar”.

ABŞ və onun NATO müttəfiqləri alyansın şərq cinahındakı mövcudiyyətlərini artırıblar.

Bundan əsas məqsəd Estoniya, Litva, Latviya və Polşanın Rusiyanın istənilən təcavüzündən müdafiə edilməsidir.

Kanada NATO-nun Latviya forpostunda aparıcı rol oynayır. Bu prosesdə Norveç də iştirak edir.

5 minlik yeni qoşun

Əlamətdardır ki, elə mayın 6-da Estoniya öz hava sərhədinin bir ildə iki dəfə pozulması ilə bağlı Moskvaya etiraz bildirib.

Hərbi mənbələrin verdiyi xəbərə görə Rusiyaya məxsus Il-96 təyyarəsi Baltik dənizi yaxınlığında hava sərhədini pozaraq 1 dəqiqəyədək Estoniyanın üzərində uçub.

Estoniya XİN hadisəni “çox ciddi insident” adlandırıb.

Rusiya təyyarəsinin heyəti uçuş planını əvvəlcədən təqdim etməmiş və Estoniyanın Hava Naviqasiyası Xidməti ilə rabitəyə girməmişdi.

Moskva hadisə barədə Tallinnin məlumatını təkzib edir.

Brüsseldə keçirilən görüşdə Avropa ölkələrinin müdafiə nazirləri potensial münaqişə nöqtələrinə təcili qaydada göndərilə biləcək 5 minlik qoşun hissəsinin yaradılmasnı müzakirə ediblər.

Bu planı Fransa, Almaniya, İtaliya və İspaniya da daxil Avropa İttifaqının 14 üzvü dəstəkləyir.

XS
SM
MD
LG