Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:36

Qərb Belarus və Lukaşenkaya sərt sanksiyalar hazırlayır


Ryanair təyyarəsi məcburi qaydada Minskdə yerə endirildikdən sonra
Ryanair təyyarəsi məcburi qaydada Minskdə yerə endirildikdən sonra

Böyük yeddilərin xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Belarus hakimiyyət orqanlarının müstəqil jurnalist Roman Protaseviçi və onun yoldaşı Sofiya Sopeqanı həbs etməklə yol verdiyi misli görünməmiş hərəkətini qətiyyətlə pisləyiblər.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-dan ibarət G7 qrupunun bəyanatında habelə mayın 23-də sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi kəskin təqnid olunub.

Pratoseviç və Sopeqa bu təyyarənin sərnişinləri idilər.

G7-nin bəyantında deyilir ki, Belarus hökuməti bu hərəkəti ilə beynəlxalq mülki aviasiya normalarını kobudcasına pozub və sərnişinlərin həyatını riskə atıb:

“Bizim bütün ölkələrimizin və vətəndaşlarımızın təhlükəsizliyi hər bir ölkənin mülki təyyarələrin təhlükəsiz uçuşlarının idarə olunmasında öz vəzifəsini Çikaqo Konvensiyasına uyğun şəkildə yerinə yetirməsindən asılıdır. Biz Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) onun qaydalarının və standartlarının bu şəkildə pozulmasına reaksiya verməyə çağırırıq”.

Böyük yeddilərin bəyanatında daha sonra deyilir:

“Bu hərəkət həm də media azadlığı üzərinə ciddi hücumdur. Biz Roman Protaseviçin və eləcə də Belarusda saxlanan başqa jurnalist və siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirik”.

Bəyanatda Belarus hakimiyyətinə qarşı ən sərt sanksiyaların nəzərdən keçiriləcəyi bildirilir.

ICAO nə edə bilər?

ICAO mayın 27-də təyyarənin məcburən endirilməsi insidentinin araşdırılmasına razılaşıb.

Bu təşkilatın 36 ölkənin nümayəndələrindən ibarət icraiyyə komitəsi araşdırma qərarını Birləşmiş Ştatların və onun bir neçə müttəfiqinin tələblərindən sonra qəbul edib.

Təhqiqat Ryanair təyyarəsinin məcburən Minskə endirilməsi ilə mülki aviasiya qaydalarının pozulub-pozulmadığını müəyyənləşdirilməlidir.

ICAO aralıq hesabatını iyunun 25-də təqdim etməlidir.

Ekspertlər bildirirlər ki, üzv ölkələrin cəzalandırılması üçün ICAO-nun ixtiyarında çox az variantlar var.

Uzağı sözü gedən ölkə təşkilat daxilində səsvermə hüququndan məhrum edilə bilər.

Heyko Maas: “Aydındır ki, sanksiyalar xırda olmayacaq”

Bu arada mayın 27-də Avropa İttifaqının xarici işlər nazirləri Minskə qarşı mümkün iqtisadi sanksiyaları nəzərdən keçiriblər.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel Lissabonda keçirilən iclasda deyib ki, təyyarənin “girov götürülməsi”, Pratoseviçin və sevgilisinin həbs edilməsi tamamilə qeyri-məqbuldur.

Almaniyanın xarici işlər naziri Heyko Maas isə deyib:

"Aydın məsələdir ki, biz xırda sanksiyalarla addım atmayacağıq, Belarusdakı iqtisadi strukturu və maliyyə tranşlarını sanksiyalarla əhəmiyyətli dərəcədə hədəfləyəcəyik”.

Litvanın xarici işlər naziri Qabrielus Landsbergis bildirib ki, Belarusun neft sektoru hədəflənə bilər:

"Biz həqiqətən də rejimi mənfəətləndirən sektorları və şirkətləri hədəfləməliyik, adi insanlara ziyan vurmamlıylıq”.

Lüksemburqun xarici işlər naziri Jan Asselborn isə deyib ki, sanksiyalara məruz qalacaq daha bir sahə Belarusun potaş sektoru ola bilər.

Qərb seçki etirazçılarına divan tutulımasına görə Belarusian avtokrat başçısı Alyaksandr Lukaşenka və onun yaxın adamlarına qarşı əvvəllər də sanksiyalar qoyub.

XS
SM
MD
LG