Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

1 dollar 11 lirəyə çatır


Türkiyə, arxiv fotosu
Türkiyə, arxiv fotosu

“Reuters” bir dolların 10.98 lirəyə yüksələndən sonra 10.85 səviyyəsində dayandığını xəbər verir

Bu gün – noyabrın 18-də Türkiyənin milli valyutası lirə dollara qarşı rekord həddə ucuzlaşıb, bir dollar 11 lirəyə yaxınlaşıb. Bu, Mərkəzi Bankın faiz dərəcələrini daha da azaldacağı gözlənən toplantı ərəfəsində baş verir. Lirə son həftələr kəskin ucuzlaşır, inflyasiya isə 20 faizə yaxındır.

“Reuters” bir dolların 10.98 lirəyə yüksələndən sonra 10.85 səviyyəsində dayandığını xəbər verir.

Lirə ucuzlaşdığına görə Türkiyədə dərman qıtlığı yaranıb
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

“Sonadək” mübarizə

Mərkəzi bankın yerli vaxtla günorta 2-yə planlaşdırılan toplantısında faiz dərəcəsinin 100 bənd azaldılaraq 15 faizə salınacağı gözlənir.

Prezident Rəcəb Tayyib Ərdoğan dünən deyirdi ki, faiz dərəcələrinə qarşı mübarizəsini “sonadək” aparacaq.

Prezidentin faiz dərəcələrinin azaldılması ilə bağlı mövqeyi, mərkəzi bank rəhbərliyində tez-tez etdiyi dəyişikliklər bankın nüfuzunu sarsıdıb, lirəni ucuzlaşdırıb.

Qiymət təzyiqinin müvəqqəti olduğu deyən mərkəzi bank sentyabrdan bəri faiz dərəcələrini 300 bənd salaraq 16%-ə endirib.

Bu addım Türkiyəni sərtləşdirmə siyasəti aparılan dünyada tək qoyub, amma Ərdoğanın istədiyi iqtisadi stimula səbəb olub.

Makroiqtisadi perspektiv və reallıq

“Hətta dərəcənin dəyişdirilməməsi, yaxud qaldırılması valyutaya qısamüddətli yüngüllük gətirər. Sonra çox şey yenə də prezidentin reaksiyasından, onun mərkəzi bankın daha bir sədri ilə yollarını ayırıb-ayırmayacağından asılı olacaq”, – “Capital Economics”in inkişaf etməkdə olan bazarlar üzrə aparıcı iqtisadçı Ceyson Tuvey deyib.

“Təmiz makroiqtisadi perspektivdə mərkəzi bankın toplantıda nə etməli olduğu aydındır – kapital axınını məhdudlaşdırmaq və valyutanı dəstəkləmək üçün faiz dərəcələri kəskin artırılmalıdır. Amma onun nə edəcəyi ilə bağlı böyük qeyri-müəyyənlik var”, – iqtisadçı bildirib.

Lirə bu il inkişaf etməkdə olan bazarlarda ən pis göstərici sahibidir, dollara qarşı 32%-dən çox ucuzlaşıb. Son dörd ildə isə lirə 65%-dən artıq məzənnə itirib.

Milli valyutanın ucuzlaşması isə türklərin qazancını “yeyir”, inflyasiya iki rəqəmlidir, Türkiyədə qiymətlər idxal vasitəsilə qalxır.

İnvestorların mövqeyi

Ərdoğan dünənki çıxışında faiz dərəcələrinin yükünü adamların çiynindən qaldıracağını deyib, biznesləri investisiya qoymağa, ixracı artırmağa çağırıb. CNBC son illər investorların Türkiyəni tərk etdiyini yazır.

İnvestorlar isə Ərdoğanın iqtisadi stimulla bağlı vaxtaşırı çağırışları, mərkəzi bank rəhbərliyində dəyişikliklərlə monetar siyasətə təsir göstərdiyini deyirlər.

“In Touch Capital Markets” şirkətinin aparıcı təhlilçisi Piotr Matis CNBC-yə deyib ki, noyabrın 18-də faiz dərəcələrinin yenə azaldılması lirə üçün çox riskli olar. “Lirənin belə sürətlə düşməsinə imkan vermək Türkiyə iqtisadiyyatına ciddi zərbə vuracaq”, – Matis deyib.

XS
SM
MD
LG