Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Üzgüçü qızları əzən avtobus qəzasının məhkəməsi başladı


Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

►“Heç mən inanmıram ki, sürücülərlə bağlanmış 800-ə qədər müqaviləni özünə əziyyət verib sən imzalamısan”

Bakıda ötən il Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl avtobus qəzası keçirmiş atletlərin işi üzrə prosesdə şahidlər dindirilir.

Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvlərinin vurulduğu həmin qəzanı araşdıran məhkəmədə maraqlı faktlar üzə çıxır. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

*Televiziyalar göstərmi? Biz gösətiririk! Kanalımıza abunə ol, xəbərin olsun

Mayın 20-də "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin rəhbəri olmuş Elmixan Hacıyev dindirilib.

O bildirib ki, Bakı Avropa Oyunları Təşkilat Komitəsindən gələn siyahı əsasında sürücülərlə müqavilə bağlayıblar. Həmin siyahıda qəzanı törətmiş sürücü Vəli Əhmədov da olub.

Elmixan Hacıyevin istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb, o, sualların bir qismini cavablandıra bilməyib.

Belə olan halda, məhkəmə prosesinə sədrlik edən hakim Cavid Hüseynov onun təhsili ilə maraqlanıb. Məlum olub ki, Elmixan Hacıyev Təfəkkür Universitetinin, ardınca da Dövlət İqtisad Universitetinin məzunu olub.

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

“SƏHV DÜŞƏNDƏ YERİMİZ”

"Mən tam məsuliyyətimlə deyirəm ki, sən təhsil almamısan, görmüsən ki, "Təfəkkür"ün diplomu keçmir, ona görə sonradan İqtisad Universitetinin də diplomunu almısan. "Səhv düşəndə yerimiz" misalı sənə aiddir. Heç mən inanmıram ki, sürücülərlə bağlanmış 800-ə qədər müqaviləni özünə əziyyət verib sən imzalamısan. Bəs necə oldu ki, çox sevdiyin vəzifəndən tez bir zamanda istefa verdin? Axı hadisə zamanı yeni təyin olunmuşdun...", - hakim Elmixan Hacıyevə irad tutub.

Avropa Oyunlarında baş vermiş qəza ilə bağlı hər şey burada

Bakıda Vatobus qəzasında xəsarət almış üzgüçü qızlar: Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Bakıda Vatobus qəzasında xəsarət almış üzgüçü qızlar: Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
​Bunları da oxuyun:

Avropa Oyunlarından az əvvəl "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC-nin rəhbəri təyin olunan və təxminən 50 gün bu vəzifədə çalışıb, hadisədən sonra öz ərizəsilə istefa verən Elmixan Hacıyev hakimin sualına belə cavab verib: "Mənim vəzifədə gözüm yoxdur".

Elmixan Hacıyev dindirilərkən təqsirləndirilən şəxslərdən biri, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş şöbə rəisi Hüseyn Salamov qısa arayış verib. O bildirib ki, Elmixan Hacıyev quruma rəhbər təyin edilsə də, demək olar, həmin vəzifədə formal idi:

"İşləri Rövşən Məmmədov adlı şəxs icra edirdi. Ümumiyyətlə, bu adamın dövründə də, ondan əvvəl də bütün işləri görən həmin Rövşən Məmmədov idi. Ondan əlavə, həmin idarədə Davudzadə soyadlı bir müavin vardı, o da nazirin yaxın qohumu idi".

GÖRÜNTÜLƏRİ BİR-BİRİNƏ GÖNDƏRİBLƏR

Şahidlər dindirilərkən o da məlum olub ki, avtomobil qəzasının görüntülərinin yayılmasına görə həbs olunmuş polis əməkdaşı Elçin Həsənov buna görə cəzalandırılan yeganə şəxs deyil. Məhkəmədə şahid qismində dindirilən keçmiş polis əməkdaşları Müşfiq Mikayılzadə və Hemət Mirzəyev ifadələrində göstəriblər ki, onlar "Təhlükəsiz şəhər" kamerasının lentə aldığı qəza görüntüsünü "Whatsapp" proqramı vasitəsilə bir-birinə göndərdiklərinə görə işdən azad ediliblər.

Keçmiş polislər ifadələrində Türkiyədə təhsil aldıqlarını qeyd ediblər.

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

Xatırladaq ki, sözügedən avtobus qəzası 2015-ci il iyulun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda baş verib. "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub. Bu cinayət işi üzrə məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, keçmiş polis Elçin Həsənov, Nəqliyyat Nazirliyinin iki əməkdaşı - Hüseyn Salamov və Fərid Əmiraslanov da var.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

XS
SM
MD
LG