Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:57

Belarus və Baltik ölkələrindən meşə cığırları ilə Avropaya


Estoniya-Rusiya sərhədi.
Estoniya-Rusiya sərhədi.

-

«Current Time» portalı yazır ki, Baltik ölkələri artıq yaxın aylarda Yaxın Şərqdən Avropa Birliyinə qeyri-leqal miqrasiyanın dəhlizlərindən biri ola bilər. Qeyd olunur ki, indiyədək bu dəhlizdən Vyetnam, Əfqanıstan və Rusiya sakinləri istifadə ediblər. İnsanlar əvvəlcə Rusiyadan Belarusa, oradan meşə cığırları ilə Litvaya, daha sonra isə Qərbə - Avropa Birliyinin digər ölkələrinə keçirlər. Sərhəd keşikçiləri helikopterlər və termal kameraların köməyi olmadan onları sıx meşə massivlərində aşkar edə bilmirlər.

Litvada artıq Skandinaviya ölkələrinə keçməyə çalışan suriyalıları və iraqlıları saxlayırlar. Rəsmi Vilnüs Afrika və Yaxın Şərqdən böyük qaçqın axınına hazırlaşır. Elə təkcə Avropa Birliyinin kvota proqramına görə, yaxın iki il ərzində Litvaya 1105 miqrant gəlməlidir. Ancaq Vilnüsdə qaçqınların sayının bundan xeyli çox ola biləcəyini istisna etmirlər.

Ölkənin «Qayda və Ədalət» Partiyasının sədri Rolandas Paksas artıq bildirib ki, Litvada qaçqınların qəbulu ilə bağlı referenduma təşəbbüs göstəriləcək.

Litvanın Avropa Birliyinə daxil olmayan ölkələrlə sərhədi AB-də ən uzun sərhədlərdən biridir. Onun uzunluğu 1070 kilometrdir. Bütün bu sərhəd boyu kameralar və gecə müşahidə sistemlərinin quraşdırılması planlaşdırılır. Ancaq bütün bunları sərhəddə 2022-ci ildə görə biləcəyik. O vaxta qədər isə nə qədər insanın sərhədi keçməyə müvəffəq olacağı məlum deyil.

XS
SM
MD
LG