Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:21
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive -0:5. Məğlub komandanı prezident izləmək istəmədi

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

12:37 5.5.2016

Davutoğlu -Erdoğan narazılığı xəbərləri lirəni salır

Türkiyənin baş naziri Ahmet Davutolunun öz postunu bu ay tərk edəcəyi informasiyaları 2008-ci ildən bəri lirənin dollara nisbətən ən böyük enişinə gətirib. Bunu Bloomberg xəbər verir. Mayın 4-də Financial Times qəzetində də Davutoğlu ilə Erdoğan arasında narazılıqdan yazı çıxmışdı. Mayın 4-də lirə dollara nisbətdə 3,9 faiz düşdü. Mayın 5-də lirə bunun cəmi 1 faizini aradan qaldırdı. Dollar hazırda 2,86 lirədir.

Bloombergin söhbət etdiyi ekspertlər deyirlər ki. son vaxtlar Davutoğlu ilə Erdoöan arasında ciddi fikir ayrılıqları var. Bloombergdə olan məlumata görə 15 gündən sonra AK partiyanın qurultayında yeni lider seçiləcək və Davutoğlu namizədliyini verməyəcək. Bu isə o deməkdir ki, Davutoğlu baş nazirlikdən gedəcək. Hər halda Bloomberg belə yazır.

12:09 5.5.2016

Top zərbələrindən dağılan evlərdən fotolar

Azərbaycan ötən həftə Ağdam və Tərtər rayonlarında erməni silahlı qüvvələrinin top atəşləri ilə onlarla evin dağıldığını bildirir. Həmin rayonların sakinlərindən aldığımız bəzi fotolar.

12:07 5.5.2016

Dollar kreditinə qadağa götürüldü

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı götürdüyü bildirilir. APA bu xəbəri banklara istinadən yayıb.

Artıq bankların xarici valyutada kreditləri bəzi şərtlərlə verəcəyi gözlənilir. Yaxın vaxtda Palatanın yeni şərtləri ictimaiyyətə detallı şəkildə açıqlayacağı deyilir.

12:05 5.5.2016

Səudlar başqalarının bilmədiyi nəyi bilirlər?

Neft analitiki Rick Newman deyir ki, investorlar Səudiyyənin dövlət neft şirkəti Aramco-nun səhmlərini 2017-ci ildə satışa çıxaracağı barədə xəbərə çox da ağız suyu axıtmamalıdırlar.

Caprock Group şirkətinin təsisçisi Matthew Weatherly-White deyir ki, səudları bu addıma nə isə itələyib və yəqin onlar “başqalarının bilmədiyi nəyi isə bilirlər”.

Səudiyyə qonşu ölkələrdə müharibələrə və şahzadələrin dəbdəbəli həyat tərzinə pul çatdırmır

Onun fikrincə səudlar, ola bilsin neftlərinin bir azdan heç nəyə dəyməcəyini bilirlər. Məbuat icmalı

Davamı

XS
SM
MD
LG