"İcbari tibbi sığorta paketi hazırlanır"
İlkin mərhələdə paketi vətəndaşların daha çox əziyyət çəkdiyi xəstəliklər üzrə formalaşdırmaq istəyirik».- bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev «Trend»ə deyib.
Ter-Petrosyan Qarabağa gedib
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan mayın 2-də Dağlıq Qarabağa gedib.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.
Onun separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü nəzərdə tutulur.
Messi robota 3 qol vurdu
Barcelonanın hücumçusu Lionel Messi Yaponiyada şouda iştirak edərək nəhəng robotun qoruduğu qapıya 3 zərbədən 3-nü də qol vurub.
Robot bütün qapını tuturdu və əllərini hərəkət etdirirdi.
Bakının xəritəsində yeni sürüşmə risqli zonalar
Bu, Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələrinə doğru olan əraziləri əhatə edir. Bundan başqa ora Masazır, Sulutəpə və Ceyranbatan Su Anbarından qərbə doğru olan zonaları daxildir.