Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:08

İranda həbsxanada ölənlərin sayı 8-ə çatıb


Evin həbsxanası
Evin həbsxanası

Prezident Rəisi Baydeni “başqa ölkədə xaos, terror və dağıntını qızışdırmaqda” suçlayıb

Oktyabrın 17-də İran ədliyyəsi Tehranın bədnam Evin həbsxanasında yanğında ölənlərin sayının 8-ə çatdığını açıqlayıb.

Ölkədə etiraz aksiyaları isə davam edir. 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edəndən bəri İranı etirazlar bürüyüb.

Prezident İbrahim Rəisi isə Vaşinqtonu xaosu qızışdırmaqda suçlayıb. Bundan öncə ABŞ Prezidenti Co Bayden beş həftədir davam edən etirazlara dəstək bildirib.

15-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb
Gözlə

No media source currently available

0:00 0:07:31 0:00

Evində yanğının detalları bəlli deyil. Bu həbsxanada həm siyasi məhbuslar, həm də hökumətə qarşı çıxan etirazçılar saxlanır.

Ədliyyənin “Mizan” xəbər agentliyi yaralı məhbuslar arasında yeni itkilərin olduğunu bildirib.

Rəsmi izah

Ölənlərin hamısının oğurluq ittihamları ilə saxlananlar olduğu deyilir. Mizan insidenti “məhbuslar arasında dava və yanğın”la əlaqələndirsə də, bu iddianı əsaslandıracaq dəlil göstərməyib. İrandan kənarda yaşayan fəallar isə hökumətin iddialarına skeptik yanaşıb.

ABŞ hökuməti 2018-ci ildə bu həbsxananı “ağır insan haqları pozuntuları”na görə qara siyahıya salıb.

Mizan 10 məhbusunun xəstəxanaya yerləşdirildiyini, onlardan dördünün vəziyyətinin ağır olduğunu qeyd edir. Agentliyin məlumatına gör, bəzi məhbuslar qaçmağa cəhd ediblər, amma buna nail olmayıblar.

AzadlıqRadiosu müxbirinin əldə etdiyi məlumata görə, oktyabrın 15-də Evindəki 7-ci kamerada qiyam başlanıb. Son etirazlarda saxlananlar isə bu kameranın yaxınlığında yerləşir.

Aİ maksimum şəffaflıq istəyir

Avropa İttifaqının aparıcı diplomatı Jozep Borrel hadisəylə bağlı “çox ciddi narahatlıq” bildirib, “vəziyyətə dair maksimum şəffaflığa” çağırıb.

Borrel oktyabrın 16-da tvitində yazıb ki, İran hakimiyyəti “saxlananların hamısının, o cümlədən insan haqları müdafiəçiləri və Aİ vətəndaşlarının” həyatı üçün cavabdehlik daşıyır.

Bəzi məhbuslar, o cümlədən tanınmış kinorejissor Cəfər Pənahi ailələrinə zəng edərək salamat olduqlarını deyiblər. Pənahi həbsxanadan gözyaşardıcı qaza əl atdığını deyib.

Evində saxlanan Amerika vətəndaşı Siamək Namazi də ailəsi ilə əlaqə saxlayıb, Evində təhlükəsiz yerə köçürüldüyünü deyib.

Namazi casusluq ittihamları ilə yeddi illik həbsə məhkum edilib. Vaşinqton ittihamları əsassız adlandırır.

Baydenin dedikləri

Bayden oktyabrın 15-də qərbi Oreqon ştatında deyib ki, İranda küçələrə etiraza çıxanların cəsarətindən təəccüblənib.

Onun sözlərinə görə, İran hökuməti “çox zalımdır”, onun “küçələrdə etiraz edənlərə böyük hörməti var”.

Tehran isə bu sözləri İranın daxili işlərinə müdaxilə adlandırıb.

Qobustanda orta əsr yaşayışı: İnsanlar gölməçə suyu içir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

İran prezidenti Rəisi Baydeni “başqa ölkədə xaos, terror və dağıntını qızışdırmaqda” suçlayıb.

“Düşmənin planının qarşısı əhalinin problemlərinin həll edəcək effektik tədbirlərlə alınmalıdır”, – Rəisi deyib.

Hakim orqanlar Əmininin “digər xəstəliklər”dən öldüyünü bildirsə də, şahidlər onun saxlanarkən döyüldüyünü deyiblər.

XS
SM
MD
LG