Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Dəbdəbəli kurortun tikintisində "məxfi" yenilik


“Portonovi” istirahət mərkəzinin tikintisi başlanarkən (Arxiv)
“Portonovi” istirahət mərkəzinin tikintisi başlanarkən (Arxiv)

►«Paşa Holding» hissə payını törəmə şirkətinə ötürüb

Monteneqroda dəbdəbəli “Portnovi istirahət mərkəzi”nin tikinti sərmayəçisi olan «Azerbaijan Global İnvestments» (AGİ) şirkətinin əsas payçısı dəyişib.

AGİ xəbər verir ki, investisiya şirkətində 35 faiz paya sahib «Paşa Holding» öz hissə payını törəmə şirkətinə - «Paşa Development»ə ötürüb.

Şirkətə həm də yeni direktor (Rauf Səfərov) təyin olunub.

Şirkət digər iki təsisçisi - «AtaHolding» və «Synergy Group» kimi öz təşkilati-hüquqi formasını səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə dəyişib.

Maraqlıdır ki, bu addım, yəni dəyəri 100 min manat olan səhmlərin dövriyyədən çıxarılması və şirkətin yenidən təşkil olunması haqqında məlumat KİV-də açıqlanmayıb.

Qanunvericiliyə zidd olan bu halı AzadlıqRadiosuna şirkətin Bakı ofisində şərh etməyiblər.

AGİ «Azmont İnvestments» şirkətinin təsisçisidir. Bugünlərdə həmin şirkətin çernoqor və ingilis dillərində korporativ saytı tanıdılıb.

Monteneqro şirkətlər reyestrinin məlumatına görə, «Azmont İnvestments» bu ölkədə «Portnovi Hospitality Management Company» şirkətini qurub.

Yarım milyard dollar dəyərində sərmayə layihəsini hədəfləyən «Azmont İnvestments» Monteneqroda kommersiya bankı açmaq üçün Çernoqoriyanın Mərkəzi Bankına müraciət edib.

Buna da bax:

Dollar kreditləri artıq borcluların həbsinə səbəb olur
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

XS
SM
MD
LG