Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:10

Kəlbəcərdə saxlanmış Ermənistan hərbçisinə hökm oxundu


Qaqik Voskanyan
Qaqik Voskanyan

Avqustda Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcərdən keçən hissəsində saxlanılan Ermənistan hərbçisi Qaqik Voskanyana Bakıda 18 il həbs cəzası verilib. Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin binasında ona hökm oxunub. Amma hökmü Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri çıxarıb.

Hökmə əsasən, Voskanyan 18 illik cəzanın 5 ilini qapalı həbsxana rejimində, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

O, hökmdən öncə son sözündə hakimlərdən ədalətli qərar çıxarmalarını istəyib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, məhkəməyə ifadəsində Voskanyan diversant olmadığını, dumanlı hava şəraiti ilə əlaqədar azıb gəldiyini deyib.

Özünü təqsirli bilmir

Dörd ay öncə Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcərdən keçən hissəsində saxlanılan Ermənistan hərbçisi Qaqik Voskanyan özünü təqsirli bilmir. O, dekabrın 7-də Bakıda məhkəmədə terrorçuluq, adam öldürməyə cəhd, Azərbaycan sərhədini qanunsuz keçmə və s. ittihamlara münasibət bildirərkən belə deyib.

40 yaşlı Q.Voskanyanın işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə prosesi Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında keçirilir.

Bu işdə Kəlbəcərdəki N saylı hərbi hissənin beş hərbçisi – Elvin Hüseynzadə, Xəyal Daşdəmirov, Tofiq İsmayılov, İsrafil Məmmədov və Əli Kərimov zərərçəkmiş qismində tanınıb. Onlar da budəfəki məhkəmə iclasında iştirak ediblər.

Prokuror Müşfiq Rəhimov ittiham aktını elan edib. Orada iddia olunur ki, Q.Voskanyan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü olub. O, terror-təxribat törətməkdən ötrü Azərbaycan ərazisinə gəlməyə cəhd edib və həmin vaxt silahlı olub. İttihama görə, saxlanılanda üstündə silah-sursat olub və Azərbaycan hərbçilərinə silahlı müqavimət göstərib.

Q.Voskanyan özünü təqsirli bilməyib.

"Heç nə yadımda deyil. Mənə yazığınız gəlsin...", – təqsirləndirilən Voskanyanın sözləridir.

Prosessual qaydalara görə, ittiham aktının elanından sonra dindirmələr başlayır. Lakin jurnalistlər məhkəmə zalından çıxarılıb və dindirmələr zamanı onların prosesi izləməsinə icazə verilməyib.

İttihamlar

Q.Voskanyan silah qaçaqmalçılığı, terrorçuluq, Azərbaycan sərhədini qanunsuz keçmə və başqa əməllərdə suçlanır. Ona ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ermənistan tərəfi onun kəşfiyyat-diversiya qrupunun üzvü olması, təxribat törətmək məqsədilə Azərbaycan sərhədini gizli keçməsi haqda iddiaları təkzib edib.

"Ehtiyatda olan hərbi qulluqçu, təlim-məşq toplanışının iştirakçısı Qaqik Voskanyan döyüş mövqeyini tərk edib. Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfinə necə düşə biləcəyi ilə bağlı mümkün ssenari və şərait öyrənilir", – avqustda Ermənistan Müdafiə Nazirliyinin Voskanyanın saxlanması ilə bağlı bəyanatında belə deyilirdi.

XS
SM
MD
LG