Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:54

“Dedilər, Zahidovların hamısı həbs olunur, mən də qorxumdan...”


L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...

►“Narkotiki yoldaşımın pencəyinin cibinə atdılar”

"Gözümün qarşısında yoldaşımın köhnə iş pencəyinin cibinə narkotiki atdılar. Qaldım qışqıra-qışqıra. Yoldaşımın üstünə şər atdılar..." - bunu Şamaxının Qurdtəpə kənd sakini Leyla Zahidova deyir.

“30-40 ADAM EVƏ HÜCUM ELƏDİLƏR”

Leyla Zahidova "Azadlıq" qəzetinin baş redaktoru, "Azərbaycan saatı" televiziya proqramının müəllifi Qənimət Zahidin həbsdəki əmisi oğlu Rövşən Zahidovun həyat yoldaşıdır. Rövşən Zahidov Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin qardaşı oğlu Rüfət Zahidovla birlikdə mühakimə olunur. Onlara qarşı narkotik ittihamı irəli sürülüb.

Bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Martın 29-da Leyla Zahidova məhkəmədə şahid qismində ifadə verərkən bildirib ki, polislər gəlib axtarış apararkən evdə tək olub:

"30-40 adam evə hücum elədilər, hər tərəfi dağıdıb tökdülər. Yoldaşım ustadır, işdə geyindiyi köhnə bir pencəyi var. Qızım bir gün əvvəl gəlib pal-paltarı, həmin pencəyi də yumuşdu. Həmin gün səhər tezdən mal-qaranı sağmaq üçün tövləyə keçəndə zivədən o pencəyi çıxarıb geyinmişdim. Evə qayıdandan sonra gətirib mismardan asmışdım. Gözümlə gördüm ki, o pencəyin cibinə nəsə qoydular. Qışqırdım, ağladım ki, “evimi dağıtmayın, Allahsız hərəkət eləməyin”. Gətirib dərmanları tökdüm ortaya ki, “baxın, yoldaşım xəstə adamdır, iynə-dərmanla yaşayır, insafınız olsun”. Veclərinə almadılar. Bildiklərini elədilər, Allah evlərini yıxsın. Özlərinə də dedim ki, “siz atdınız ora bunu...”"

“QORXUDAN FAMİLİYAMI İBRAHİMOVA DEDİM”

Qənimət Zahid
Qənimət Zahid

Leyla Zahidovanın sözlərinə görə, evə gələn polislər onu hədələyiblər:

"Mənə bir neçə vərəqə qol çəkdirdilər, hədələdilər ki, “çəkməsən, yoldaşına ziyan olacaq”. Mən də heç bilmədim ki, nəyə qol çəkdirdilər. Heç latın qrafikası ilə oxuya bilmirəm. Sonra dedilər ki, “Zahidovların hamısı həbs olunur”. Ona görə qorxudan familiyamı İbrahimova dedim".

İttihama görə, Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov narkotiki atasının əmisi oğlu Rövşən Zahidova verib. O da pencəyinin cibində saxlayıb.

Leyla Zahidova isə deyir ki, həyat yoldaşı əmisi oğlanları ilə uzun illərdir ki, küsülüdür:

"Mən 28 ildir bu ocağa gəlmişəm, onun əmisi uşaqlarını tanımamışam. Çünki araları olmayıb. Rüfət Zahidovun üzünü görməmişəm. Mən heç Qənimət Zahidovu da tanımıram".

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı Baba Atakişiyev, iş üzrə hal şahidi qismində tanınan Mehman Hidayətov və Seymur Atakişiyev də şahid qismində dindirilib. Polis əməkdaşı ifadəsində hal şahidlərinin şöbənin qarşısındakı küçədən götürülüb axtarışa aparıldığını desə də, hal şahidləri fərqli ifadə verib.

“ORADA DÜZ YAZMAMIŞAM”

Mehman Hidayətov deyib ki, taksi sürücüsüdür, Şamaxı şəhərində maşında müştərini apararkən polislər saxlayıb, onlarla axtarışa getməyi xahiş edib. O da maşından müştərini düşürüb, polislərə qoşulub, Rövşən Zahidovun evinə gedib. Amma istintaqa ifadəsində polislərin ona Muğanlı kəndində yaxınlaşdığını göstərib. Hidayətov ziddiyyəti belə izah edib: "Orada düz yazmamışam".

Adları çəkilən hal şahidlərinin hər ikisi təsdiqləyib ki, axtarış zamanı Leyla Zahidova polislərə narkotik maddənin həyat yoldaşına məxsus olmadığını, onların özləri tərəfindən pencəyin cibinə atıldığını deyib.

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Buna da bax: L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...

L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG