Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Qərb 'Mir' kartlarına görə Ankaraya təzyiqi artırır


ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara tam əməl etməsi üçün Türkiyə üzərinə təzyiqlərini artırırlar.

Bu barədə mənbələrə istinadən Financial Times qəzeti yazıb.

Qəzetin mənbələri bildiriblər ki, Vaşinqton Rusiyanın Mir ödəniş sistemi ilə işləyən Türkiyə banklarına diqqət yetirmək niyyətindədir.

Brüssel isə Türkiyə rəsmiləri bu sahədəki narahatlıqları barədə birbaşa danışmağı planlaşdırır.

Kartlar Türkiyədə işləyir, amma...

Bundan əvvəl Rusiya Mir kartlarının Türkiyədə lazımınca işləyə bilməməsindən turizm operatorları da şikayətlənmişdilər.

Onların sözlərinə görə bəzi banklar özlərinin də sanksiya olunacaqlarından çəkinərək Mir ödəniş sistemi ilə işləməkdən imtina ediblər.

Rusiya milli ödəniş kartları sisteminin baş direktoru Vladimir Komlev TASS xəbər agentliyinə deyib ki, Mir kartlarına Türkiyədə əvvəllər olduğu kimi hazırda da bank xidmətləri göstərilir.

Lakin Komlev etiraf edib ki, Türkiyənin bir sıra maliyyə təsisatları sanksiya altında olan Rusiya banklarının kartlarını qəbul etmir.

Ankaraya bundan əvvəl də xəbərdarlıq edilib

Fevral ayında Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumuna görə ABŞ, Britaniya, Qərb və Avropa İttifaqı Moskva üzərinə ağır iqtisadi sanksiyalar qoyublar.

Visa, MasterCard və American Express də daxil bir sıra beynəlxalq şirkətlər Rusiyadakı əməliyyatlarını dayandırıb.

Rusiyanın bir çox bankları üzərinə də sanksiyalar qoyulub, onlardan bəziləri SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılıb.

Rusiya buna cavab olaraq Avropa İttifaqına ixrac eydiyi qaz üçün ödənişin rublla edilməsini tələb edirdi.

Türkiyə Ukraynaya dəstək bildirməsinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və müharibə edən iki ölkə arasında vasitəçi kimi çıxış edib.

Ankara ABŞ-ın xəbərdarlıqlarına cavab olaraq bildirib Türkiyədən Rusiyanın sanksiyalardan yan keçmək üçün istifadə etməsinə yol verməyəcək.

XS
SM
MD
LG