Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:44

Tayvan Qarabağdan nəyi öyrəndi – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Larisa Dureyan oktyabrdan 20 yaşlı oğlu Mxitarı axtarır. O, sentyabrda müharibə başlayanda Azərbaycanın Füzuli rayonunda imiş

“Foreign Policy” dərgisində Ceyson Krabtri 2-ci Qarabağ müharibəsinin dünyanın digər münaqişəli bölgələri üçün dərslərini təhlil edir.

Ötən ilin payızında 44 günlük müharibə ümumilikdə 6 minə yaxın insanın həyatına son qoyub. Onminlərlə insan yaralanıb, evindən didərgin düşüb. Müharibə nəticəsində qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Tayvan dərsini alıb

Müəllif bu ilin mayında 20 günlük zorakı kampaniya zamanı Həmasın İsrailə minlərlə raket ataraq Dəmir günbəz havadan müdafiə sistemini sərt sınağa çəkdiyini yazır.

Məqalədə bu iki qısamüddətli münaqişənin döyüşlərin gələcəyi, özəlliklə də hava qüvvələrində istifadə baxımından bəzi dərsləri üzə çıxardığı qeyd olunur. Türkiyə Azərbaycana F-16 qırıcılarını müvəqqəti istifadəyə verib, Ermənistan ordusuna qarşı dronlar işə salınıb. İsrail isə hədəfi özünə çəkmək üçün süni intellektdən istifadə etdiyini bildirib.

Bir təhlilçi əsasın Rusiya istehsalı olan ortamənzilli raket buraxıcılarından ibarət 175-dək hərbi avadanlığın dronlar tərəfindən müəyyənləşdirilərək məhv edildiyini aşkarlayıb. Azərbaycan həmçinin Türkiyənin Bayraktar TB2 dronundan istifadə edərək dağlıq ərazilərdə yerləşdirilmiş yer-hava sistemlərini vurub.

“NATO bu dərsə çox fikir verməyəcək, çünki Ermənistanın havadan müdafiə strategiyası Azərbaycanın işini nisbətən ağrısız edib… Amma Tayvan Çinin sahildən hücumundan müdafiə kontekstində asimmetrik dron müharibəsini öyrənəcək. Elə Çin də, şübhəsiz ki, antidron avadanlığına sərmayəni gücləndirəcək, onları həm dəniz, həm sahil qüvvələrində yerləşdirəcək”, – məqalədə deyilir.

DNT testlərinin sayı artıb

“The Guardian” qəzeti isə müharibədən səkkiz ay keçməsinə baxmayaraq Ermənistanda ailələrin hələ də itkin hərbçiləri axtardığını yazır. DNT testlərinə inamsızlıq və informasiya qıtlığı hökumətə təzyiqi daha da artırır.

Larisa Dureyan oktyabrdan 20 yaşlı oğlu Mxitarı axtarır. O, sentyabrda müharibə başlayanda Azərbaycanın Füzuli rayonunda imiş.

Ölkənin baş nazir əvəzi Nikol Paşinyan müharibədə öldürülənlərin sayının 3 min 700-dən çox olduğunu deyib. Itkin sayı isə 268 nəfərdir.

Tibbi Ekspertiza Elmi Praktik Mərkəzi ildə bir neçə DNT testi aparırdı. Müharibədən sonra mərkəz yüzlərlə sümük, cəsəd parçasını müəyyənləşdirməyə çalışır.

DNT testləri aparan özəl şirkət rəhbəri Anna Hovhannisyan deyir ki, adamlar rəsmi laboratoriya nəticəsi və DNT hissələri ilə onların yanına gəlir, təkrar ekspertiza yoxlama istəyirlər.

“Adamlar bizə inanmırlar, ona görə də bizi yoxlayırlar. Onlar bizə ailədən olmayan birinin nümunəni gətirib deyirlər ki, ailədəndir, bizi sınayırlar. Biz bunun ailədən olmadığını anlayırıq, amma dəyərli vaxtımızı itiririk”, – o vurğulayıb.

XS
SM
MD
LG