Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 12:50

Türkiyə hökuməti küçə etirazları ilə bağlı xəbərdarlıq edir


Türkiyədə etirazlar
Türkiyədə etirazlar

Martın 21-də Türkiyədə hökumət əsas müxalifət partiyasının küçə etirazlarına çağırışları ilə bağlı xəbərdarlıq edib. İstanbulun meri Əkrəm İmamoğlunun saxlanmasından sonra ölkədə son on ilin ən böyük etirazlarından biri yaşanır.

Həftəsonu məhkəmə İmamoğlunun həbsinə dair qərar çıxara, bu isə etirazların miqyasını genişləndirə bilər.

Daxili işlər naziri Ali Yerlikaya etirazlarda 53 nəfərin saxlandığını, 16 polis əməkdaşının xəsarət aldığını bildirib. İmamoğlu martın 19-da saxlanandan sonra ölkədə ictimai toplantılara dörd günlük qadağa qoyulub. Buna baxmayaraq, universitetlərin ərazisində, İstanbul bələdiyyəsinin qarşısında və başqa yerlərdə etirazlar başlanıb. Bəzi hallarda toqquşmalar yaşanıb.

'Ərdoğanın qisas siyasətidir' - Əkrəm İmamoğlunun saxlanmasının pərdəarxası
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İmamoğlu rüşvət alma, terrorçu qrupa yardım və sair ittihamlarla saxlanılıb. O, bazar gününə, məhkəmə qərar verənədək polisdə saxlana bilər.

Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) bu addımı siyasi motivli adlandırıb, əhalini qanuni nümayişlərə çağırıb.

Yerlikaya və ədliyyə naziri Yılmaz Tunc isə CHP lideri Özgür Özəlin çağırışını “məsuliyyətsiz” deyərək tənqid edib.

“Toplaşmaq, etiraz etmək fundamental hüquqlardır. Ancaq qanuni təhqiqat getdiyi bir vaxtda küçələrə çağırmaq qanunsuz və qəbuledilməzdir”, – Tunc X platformasında yazıb.

2013-cü il Gezi parkı etirazlarından bəri Türkiyədə etirazlar xeyli məhdudlaşdırılıb.

CHP martın 23-də 54 yaşlı İmamoğlunu prezidentliyə namizəd elan etməyi planlaşdırırdı. Ölkədə prezident seçkisinin 2028-ci ildə keçirilməsi gözlənilir. Parlament erkən seçki təyin edəcəyi halda 71 yaşlı Ərdoğan da namizədliyini verə bilər.

Artıq aylardır ölkədə müxalifətçilərə qarşı hüquqi təzyiqlər gedir, tənqidçilər məqsədin onların seçkidə iştirakını önləmək, narazıları susdurmaq olduğunu deyirlər. Hökumət ittihamları rədd edir.

Martın 18-də İmamoğlunun diplomunun ləğvi də məhz onun seçkidə iştirakını önləmək niyyətilə izah olunur.

Türkiyədə lirə və səhmlərin qiyməti son günlər üzüaşağı gedir. Martın 21-də İstanbulda aksiyalar 7 faiz ucuzlaşıb.

XS
SM
MD
LG