Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:03

ABŞ səfirliyi Kiyevdən Lvova köçürülür


Məlumatda deyilir ki, bu tədbirlər diplomatik missiya üzvlərinin təhlükəsizliyinin təminatı üçün həyata keçirilir

Rusiyanın mümkün müdaxiləsi barədə xəbərlərin yayıldığı bir vaxtda ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən ölkənin qərbində yerləşən Lvov şəhərinə köçürür.

Bu məlumatı ABŞ Dövlət Departamenti fevralın 14-də yayıb.

Məlumatda deyilir ki, bu tədbirlər diplomatik missiya üzvlərinin təhlükəsizliyinin təminatı üçün həyata keçirilir.

ABŞ bildirir ki, şərait buna imkan verən kimi səfirlik Kiyevə qayıdacaq.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, ABŞ-ın Kiyevdəki səfirlik binasında kompüterlər və başqa avadanlıq məhv ediləcək, telefon sistemi söküləcək.

Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir:

"Səfirlik Ukrayna hökuməti ilə qarşılıqlı əlaqələrini və diplomatik koordinasiyasını davam etdirəcək”.

Blinken xatırladıb ki, “Rusiya vicdanla hərəkət edərsə”, böhranın çözülməsi üçün diplomatik danışıqlar ən yaxşı yol olaraq qalır.

Kanada da öz səfirliyini Kiyevdən Lvova köçürmək qərarına gəlib. Almaniya özünün Dneprdəki diplomatik missiyasını Lvova köçürəcək.

Eyni zamanda Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas fevralın 14-də deyib ki, bloka daxil ölkələrin səfirlikləri Kiyevdə qalmaq qərarı veriblər.

Bundan əvvəl ABŞ, Kanada, Monteneqro, Niderland, Yaponiya, Latviya, Estoniya, Danimarka, Norveç, Yeni Zelandiya, Almaniya, Litva, Finlandiya, İtaliya, İsveç, Çexiya və İraq öz vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə ediblər.

Lavrov Putinə: Hələ şans var, amma...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 14-də prezident Vladimir Putinlə görüşü zamanı deyib ki, Rusiyanın təhlükəsizlik qarantiyaları barədə Qərb ölkələri ilə razılaşmanın əldə edilməsinə hələ imkan var.

Bu görüşün başlanğııcı Rusiya dövlət telekanalları ilə translyasiya edilib.

Lavrov Putinin “hansısa şanslar varmı, yoxsa Qərb Rusiyanı sonsuz danışıqlara çəkmək istyəyir” kimi birbaşa sualına cavab olaraq deyib ki, "şanslar hələ var”.

Lavrovun sözlərinə görə Rusiya tələblərinin əksəriyyətinə ABŞ və NATO-dan rədd cavabı alıb, lakin Putinin xarici ölkə liderləri ilə danışıqları razılaşma üçün heç də bütün imkanların tükənmədiyini göstərib.

Putin son vaxtlarda, Macarıstan və Fransanın liderləri ilə görüşüb, ABŞ prezidenti və Britaniya baş naziri ilə isə telefonla danışıb.

Fevralın 14-də onun Almaniya kansleri Olaf Şoltsla görüşü gözlənilirdi.

Lavrov deyib ki, Qərb silahlanma, raketlərin yerləşdirilməsi və etimadın artırılmasına dair danışıqlara hazırdır.

Amma Rusiya xarici işlər naziri gileylənib ki, Qərb ölkələri Ukraynanın NATO üzvlüyünə dəvət olunması hüququndan əl çəkmyə hazır deyillər.

Lavrovun sözlərinə görə XİN ABŞ və NATO-nun əks-təkliflərinə cavabların qaralaması üzərində işləyir

Putin Lavrova Qərblə məsləhətləşmələri davam etdirməyi tapşırıb.

Lavrovla görüşdən sonra Putin müdafiə naziri Sergey Şoyqunu da qəbul edib.

O deyib ki, Rusiya hərbçiləri hazırda çoxsaylı təlimlərdə iştirak edirlər. Şoyqu bildirib ki, bu təlimlərin bir qismi tezliklə başa çatacaq.

Rusiyanın sosial şəbəkələrində diqqət edirlər ki, bu görüşlər zamanı da Putin Fransa prezidenti Emmanuel Makronla görüşdə olduğu kimi böyük fiziki məsafə saxlayır.

Görünür Putin hələ də koronavirusa yoluxmaqdan ehtiyat edir.

Olaf Şolts və Volodimir Zelenskinin birgə mətbuat konfransı
Olaf Şolts və Volodimir Zelenskinin birgə mətbuat konfransı

Şoltsla Zelenskinin danışıqları başa çatıb, fikir ayrılığı var

Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şoltsun danışıqları başa çatıb.

Kansler bir daha bəyan edib ki, Almaniya Ukraynanın tərəfində qalır və Rusiyanın təcavüz etdiyi təqdirdə, başqa NATO müttəfiqləri kimi Moskvaya qarşı “ən ciddi sanksiyalar” qoyacaq.

Bununla yanaşı Şoltsun sözlərinə görə, Almaniya Normand formatında danışıqların davam etdiriləcəyinə ümid etdiyini və münaqişənin eskalasiya etməsinin yolverilməz olduğunu deyib.

O deyib ki, ABŞ və NATO Rusiyaya müəyyən təkliflər ediblər və hazırda Kremldən cavab gözləyirlər.

Rusiyanın NATO və ABŞ-dan əsas təhlükəsizlik qarantiyası tələblərindən biri də Ukraynanın NATO-ya üzv olmayacağına dair öhdəlik götürülməsidir.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onun ölkəsi NATO-ya üzvlük istəyindən geri çəkilməyib, lakin bunun hansı müddətdə baş verəcəyini bilmir.

"Biz NATO üzvlüyünə nail olmaq istəyirik, çünki bu, bizim ərazi bütövlüyümüzün təminatı üçün vacibdir”.

Böyük 7-lər ölkələri Rusiyaya xəbərdarlıq etdi
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Fikir ixtilafı

Ukrayna Almaniyadan habelə enerji təhlükəsizliyi qarantiyası və öz ərazisi ilə qaz tranzitinin davam etdirilməsini tələb edir. Öz növbəsində bu, Rusiya qazını Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərininin istismara verilməsini təsirləndirə bilər.

Zelenski deyib ki, bu məsələdə onunla Şolts arasında bəzi fikir ixtilafları qalır.

Şolts bildirib ki, Almaniya Ukraynaya investisiya qoyuluşunu və Kiyevə 150 milyon avroluq daha bir kreditlə maliyyə yardımını davam etdirəcək.

Olaf Şolts Kiyevdən Moskvaya yollanacaq. O fevralın 15-də Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir.

G7-dən Rusiyaya xəbərdarlıq

Böyük Yeddilik (G7) üzvləri bildirirlər ki, Kreml Ukraynaya qarşı hər hansı aqressiv hərəkətə göstəriş verərsə, qrup Moskvaya kollektiv şəkildə iqtisadi və maliyyə sanksiyalarının tətbiqinə hazırdır. Bu sanksiyalar isə Rusiya iqtisadiyyatına “nəhəng və birbaşa” təsirlər göstərər.

Qərbin böyük iqtisadiyyatlarının maliyyə nazirləri fevralın 14-də birgə bəyanatda qeyd edirlər ki, Rusiyanın Ukrayna sərhədinə qoşun yığması “dərin narahatlığa səbəbdir”.

“Biz, G7-nin Maliyyə nazirləri, Ukrayna iqtisadiyyatını təcili və qətiyyətlə dəstəkləməyə hazır olduğumuzu vurğulayırıq”, – onlar birgə bəyanatda vurğulayırlar.

Moskva Ukraynaya hücuma hazırlaşmadığını deyir, eyni zamanda Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir.

***

Şolts Rusiyadan ‘təcili’ de-eskalasiya gözləyir

Almaniyanın Kansleri Olaf Şolts fevralın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski, bir gün sonra isə Rusiyada həmkarı Vladimir Putinlə görüşəcək.

“Moskvadan təcili de-eskalasiya əlamətləri gözləyirik”, – Kiyevə yola düşən Şolts tvitində yazıb. O, hərbi hücumun Rusiya üçün “çox ciddi fəsadları” olacağını vurğulayıb.

“Avropada sülhə çox, çox ciddi təhdidin şahidiyik”, – Şolts yazıb.

Rusiyanın cavabı

Rusiya “Vyana Sənədi 2011”lə (VS11) bağlı Ukraynanın müraciətinə cavab verib. Kiyev fevralın 13-də bildirmişdi ki, Rusiyanın sərhədə qoşun yığmasını bu sənədə uyğunluğunu Rusiya və ATƏT üzvləri ilə 48 saat ərzində müzakirə etmək istəyir.

VS11 ATƏT region daxilində hərbi əməliyyatlarla bağlı daha böyük açıqlıq və şəffaflığın təmin olunmasını hədəfləyir.

AzadAvropa/AzadlıqRadiosu Rusiyanın yazılı cavabının surətini fevralın 14-də görüb. Bəyanatda deyilir ki, o, “öz ərazisində hər hansı qeyri-adi hərbi fəaliyyətlə məşğul deyil”, bu isə VS11-lə bağlı xahişin “qəbuledilməz”liyi deməkdir.

ATƏT-in “bütün üzv ölkələri”nə ünvanlanmış bəyanatda Kiyev Ukraynanın şərqinə qoşun yığmaqda, niyyətinin Rusiyanın dəstəklədiyi separatçılarla münaqişəni “zorla həll etmək” üçün “hərbi əməliyyatlar aparmaq” olduğu bildirilir.

“Onu da qeyd etmək istəyirik ki, Ukraynanın silahlı qüvvələri Donetsk və Luqansk regionlarının Kiyevin nəzarətində olan bəzi hissələrinə 120 mindən çox əsgər yığıb, hərbi fəaliyyət planlaşdırır”, – bəyanatda vurğulanır.

“Bu səbəbdən Ukraynanın xahişini ölkənin daxili münaqişəsini zorla həll etməyə yönəlik hazırlıqlardan diqqəti yayındırmaq cəhdi hesab edirik və bunun üçün Ukrayna hakimiyyəti məsuliyyət daşıyır”, – bəyanatda deyilir.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan həmkarı Co Baydenlə birlikdə “Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasına cavab olaraq diplomatiya və çəkindirmə”nin vacibliyini vurğulayıblar. İki liderin fevralın 13-də baş tutmuş telefon söhbəti haqda Ağ ev məlumat yayıb.

Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayıb, “Rusiyanın Ukraynanın yeni təcavüzünə qarşı” “dərhal reaksiya” veriləcəyini deyib.

Zelenskinin idarəsinin məlumatına görə, Ukrayna prezidenti Baydeni “yaxın günlərdə” Kiyevə dəvət edib.

“İnanıram ki, sizin yaxın günlərdə Kiyevə səfəriniz... güclü siqnal olar və vəziyyəti sabitləşdirməyə kömək edər”, – məlumata görə, Zelenski deyib.

Qoşun sayının 130 min olduğu deyilir

Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putini gərginliyi azaltmağa, bəzi ölkələr vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırlar. Moskvanın Ukraynaya hərbi hücuma hazırlaşması sarıdan narahatlıq var.

Vaşinqton fevralın 13-də Rusiyanın Ukrayna sərhədi yaxınlığına yığdığı əsgər sayının 130 minə çatdığını bildirib. Daha öncə bu sayın 100 min olduğu deyilirdi.

Kiyev Rusiyanın qoşun yığmasının müzakirəsindən ötrü 48 saat içində ATƏT-in iclasını keçirməyə çağırıb. Xarici işlər naziri Dmitro Kuleba deyib ki, Kiyevin fevralın 11-də ATƏT-in Vyana sənədi çərçivəsində Moskvadan hərbi fəaliyyətinə izah istəsə də, buna cavab gəlməyib.

“Nəticədə biz növbəti addımı atırıq. Rusiya ATƏT məkanından təhlükəsizliyin bölünməzliyinə ciddi yanaşırsa, gərginliyin azaldlılması və hamı üçün təhlükəsizliyin gücləndirilməsinə üçün hərbi şəffaflıq öhdəliyini yerinə yetirməlidir”, – Kuleba Twitter-də yazıb.

Səfirlik işçilərinin çoxu çıxarılıb

ABŞ Dövlət katibi Entoni Blinken fevralın 13-də bildirib ki, Kiyevdəki səfirlik işçilərinin əksər hissəsini çıxarmaq qərarı Rusiyanın “yetərincə yaxın” olan işğal təhdidi ilə əlaqədardır.

“Dünən Kiyevdəki ABŞ səfirliyindən amerikalıların əksəriyyətinin çıxarılması göstərişi verdik”, – Blinken Honoluluda Yaponiya və Cənubi Koreyadan həmkarları ilə danışıqlardan sonra söyləyib.

“Rusiyanın hərbi hücum riski kifayət qədər yüksək, təhdid yetərincə yaxındır və bu, ehtiyat tədbiridir”, – deyən Blinken əlavə edib ki, Rusiyanın Ukraynaya hücumuna bəhanə verəcək provokasiya istisna olunmur.

Birləşmiş Ştatlar, Britaniya və Almaniya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Avstraliya isə fevralın 13-də bəyan edib ki, Kiyevdəki səfirliyin fəaliyyətini dayandırır.

Almaniyanın mövqeyi

Fevralın 13-də ikinci müddətə Almaniya prezidenti seçilmiş Frank-Valter Ştaynmayer deyib ki, Putin Ukrayna ilə bağlı Qərbin qətiyyətini aşağı dəyərləndirməməlidir.

“Prezident Putini Ukraynanın yaxasından əl çəkməyə, Avropada sülhün qorunmasından ötrü bizə qoşulmağa çağırıram”, – Şteynmeyer deyib.

Almaniyanın Kansleri Olaf Şolts deyib ki, NATO üzvləri və Avropa İttifaqı Ukraynaya hücum olarsa, “dərhal tətbiq edəcəyimiz” sərt sanksiyaları “diqqətlə hazırlayıblar”. Şolts fevralın 14-də Kiyevə, 15-də isə Moskvaya səfər edəcək.

Moskva Qərbdən və NATO-dan Ukraynanın və digər postsovet ölkələrinin heç vaxt üzvlüyə qəbul edilməyəcəyinə zəmanət tələb edir. Rusiya həmçinin Ukraynaya silah göndərilməsinin dayandırılmasını, NATO-nun Şərqi Avropadan qüvvələrini çıxarmasını tələb edir.

XS
SM
MD
LG