Radio
AzadlıqFM - Kinoteatrlarda filmlər azərbaycanca olsun, ya yox?
Sosial şəbəkələrdə bu açar sözlə - #ÖzDilimdəKino ilə başlayan aksiya yayılıb. Gənclər kinoteatrlarda xarici filmlərin Azərbaycan dilində dublyaj və ya altyazı ilə verilməsini tələb edirlər. Bu fikir heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Bəzi istifadəçilər ana dilində dublyajın heç də ürəkaçan olmadığını əsas gətirərək həmin təklifə qarşı çıxırlar. Sizcə, kinoteatrlarda filmlərin Azərbaycan dilində göstərilməsi nə dərəcədə vacibdir? Problemi necə həll etmək olar?
Pen klub - Azəri, yoxsa Fazəri dili?
Bu yaxınlarda Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İranda Azərbaycan dilində 24 saat yayımlanacaq telekanal açılacağını bildirib. Bu televiziyanın İran azərbaycanlılara nə faydası olacaq? Yeni kanal iki qonşu xalqın mədəni dialoquna yol açacaqmı? İran azərbaycanlılarının dili Azərbaycan dilinin normalarına nə dərəcədə uyğundur? «Pen klub»dakı debatda bu suallara İrandan və Azərbaycandan cavablar səslənir.