Radio
AzadlıqFM - Azərbaycan futbol yığması niyə uduzur?
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli futbol yığmasının ard-arda uğursuz çıxışları sosial şəbəkədə müzakirə doğurub. Özəlliklə Xorvatiya yığmasına 0:6 hesablı məğlubiyyət azarkeşlərin səbr kasasını doldurub. İstər-istəməz sual yaranır: Bu məğlubiyyətlərə görə kim məsuliyyət daşımalıdır? Azərbaycan futbol yığmasının uğursuzluqlarına səbəb nədir? Hansı çıxış yolları var? Azadlıq FM həmin suallara cavab axtarır.
TV-lərdən hansı dili eşidək: xalq dilini, yoxsa kütlənin dilini?
AMEA-nın Dilçilik İnstitutu da, zaman-zaman, ölkə TV-lərində səslənən dilin monitorinqini aparır və nəticələri açıqlayır. Amma efir dili barədə tənqidi fikirlər bitmir ki bitmir. Bəs TV efirində necə danışmaq lazımdır ki, qınaq hədəfinə çevrilməyəsən?
Pen klub - TV-lərdən hansı dili eşidək: xalq dilini, yoxsa kütlənin dilini?
Bu yaxınlarda tədqiqatçı-yazar Şirvani Ədillinin Azadlıq Radiosunun internet səhifəsində yazısı verilmişdi. O öz yazısında televiziya efirində danışılan Azərbaycan dilinə toxunub. AMEA-nın Dilçilik İnstitutu da, zaman-zaman, ölkə TV-lərində səslənən dilin monitorinqini aparır və nəticələri açıqlayır. Amma efir dili barədə tənqidi fikirlər bitmir ki bitmir. Bəs TV efirində necə danışmaq lazımdır ki, qınaq hədəfinə çevrilməyəsən? Necə danışmaq daha təbii və qəbulediləndir: xalq dilində, yoxsa kütlənin dilində? Efir dilini, əslində, necə nizamlamaq lazımdır?