Radio
AzadlıqFM - Azərbaycan toylarında nəyə «yox» deyək?
Azərbaycanın sosial şəbəkə istifadəçiləri yenə etiraz edirlər – bu dəfə toylara «yox» deyirlər. Söhbət facebook-da başlanan #toylarayoxde açar sözlü aksiyadan gedir. Aksiyaya qoşulanlar bütövlükdə toy şənliklərindən imtinaya çağırırlar. Amma bu özünəməxsus boykot aksiyasına dərhal qarşı çıxanlar da tapılıb. Onlar toylara deyil, toy şənliklərindəki israfçılığa qarşı çıxmaq gərəkdiyini deyirlər.
Ramiz Mehdiyevin ürəyini ağrıdan cəhalətdən bir sual doğur: Kimdir günahkar?
"Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb?..". Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu günlərdə ölkədə savadsızlığın, cəhalətin artması ilə bağlı narahatlığını bildirib.
Pen klub - Ramiz Mehdiyevin ürəyini ağrıdan cəhalətdən bir sual doğur: Kimdir günahkar?
«Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, «Molla Nəsrəddin» jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?». Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu günlərdə ölkədə savadsızlığın, cəhalətin artması ilə bağlı narahatlığını bildirib. Bu vəziyyət necə yaranıb?