Radio
Pen klub - Azəri, yoxsa Fazəri dili?
Bu yaxınlarda Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İranda Azərbaycan dilində 24 saat yayımlanacaq telekanal açılacağını bildirib. Bu televiziyanın İran azərbaycanlılara nə faydası olacaq? Yeni kanal iki qonşu xalqın mədəni dialoquna yol açacaqmı? İran azərbaycanlılarının dili Azərbaycan dilinin normalarına nə dərəcədə uyğundur? «Pen klub»dakı debatda bu suallara İrandan və Azərbaycandan cavablar səslənir.
AzadlıqFM - Azərbaycan futbol yığması niyə uduzur?
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli futbol yığmasının ard-arda uğursuz çıxışları sosial şəbəkədə müzakirə doğurub. Özəlliklə Xorvatiya yığmasına 0:6 hesablı məğlubiyyət azarkeşlərin səbr kasasını doldurub. İstər-istəməz sual yaranır: Bu məğlubiyyətlərə görə kim məsuliyyət daşımalıdır? Azərbaycan futbol yığmasının uğursuzluqlarına səbəb nədir? Hansı çıxış yolları var? Azadlıq FM həmin suallara cavab axtarır.