Radio
08:00 - 09:00
AzadlıqFM - Sosial şəbəkələr jurnalistləri yoxsullaşdırır, yoxsa varlandırır?
Heç kim dana bilməz: sosial şəbəkələr ənənəvi medianı sıxışdırmaqdadır. Başqa gerçək də var – indinin jurnalistləri öz rəqiblərindən – sosial şəbəkələrdən bol-bol bəhrələnirlər. Bəhrələnməyinə bəhrələnirlər, amma bir sualla da üzləşirlər: Jurnalist sosial şəbəkələrdən hansı məqamlarda və necə yararlanmalıdır?
19:00 - 20:00
Pen klub - Babək qəhrəmandırmı?
Babək sovet dövründə Azərbaycan xalqının qəhrəmanı kimi təbliğ olunmağa başlandı. Onun haqqında romanlar yazıldı, film çəkildi, adı uşaqlara qoyuldu. Kimdir Babək? İslam ordusuna qarşı döyüşdüyü üçün ateist sovet dövlətinin məqsədli şəkildə qabartdığı tarixi şəxsiyyət, yoxsa uzun əsrlər mollaların yalnız kafir kimi xatırlanmasına imkan verdiyi əsl milli qəhrəman?