Radio
İz - «Münhendə qətl»dən 60 il ötdü...
«Danışır Azadlıq radiostansiyası! Həmvətənlər, nəhayət, bizim özümüzün xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik... Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz azadlığa olan iradəmizi yaşatmaqdır!» – AzadlıqRadiosunun Azərbaycan redaksiyası 1953-cü il martın 6-da ilk efirinə bu sözlərlə başlayıb. Qürbətdə daha çox Abo Düdənginski kimi tanınan yorulmaz istiqlal mücahidi Əbdürrəhman Fətəlibəyli həmvətənlərinə o vaxtlar AzadlıqRadiosunun yerləşdiyi Münhendən üz tutub. Ancaq... özünün dediyi kimi, «Stalin polis terroru» bu fəaliyyəti ona bağışlamayıb...
AzadlıqFM - Sosial şəbəkələrdə «like» hərisliyi
-«Şəklimi «like» etdisə, deməli, bəyənir məni». -«Paxıllığından bircə dəfə də mənim yazdıqlarımı «like» etməyib». -«O, bir status paylaşdı, bilirsən, neçə «like» gəldi?». Bənzər sözləri sosial şəbəkə istifadəçilərinin dilindən tez-tez eşidirik. Şəbəkədə «like» acgözlüyünün diqqət çəkməsi kim dana bilər ki? Bəs insanlar «like»lara niyə bu qədər önəm verirlər? Sosial şəbəkə «like»ları hər hansı paylaşmanı bəyənib-bəyənməməyi göstərir, yoxsa özündə başqa mənaları da gizlədir?

Pen klub - Babək qəhrəmandırmı?
Babək sovet dövründə Azərbaycan xalqının qəhrəmanı kimi təbliğ olunmağa başlandı. Onun haqqında romanlar yazıldı, film çəkildi, adı uşaqlara qoyuldu. Kimdir Babək? İslam ordusuna qarşı döyüşdüyü üçün ateist sovet dövlətinin məqsədli şəkildə qabartdığı tarixi şəxsiyyət, yoxsa uzun əsrlər mollaların yalnız kafir kimi xatırlanmasına imkan verdiyi əsl milli qəhrəman?