Radio
İşdən sonra - Xeyriyyəçi məmur övladları. SOCAR araşdırmasının ardınca
SOCAR prezidentinin 21 yaşlı oğlu Rəşad Abdullayev Türkiyədə beş şirkət, istirahət mərkəzi, restoran və digər əmlaka necə yiyələnib? İqtisadçı Natiq Cəfərli, jurnalist Hafiz Babalı, NHMK-nin sədri Mirvari Qəhrəmanlı və SOCAR rəsmisi Nizaməddin Quliyev araşdırmada yazılanlara münasibət bildirirlər.
Türkiyədə Azərbaycan yazıçılarının kitablarına maraq varmı?
Yerli mediadan tez-tez xəbər tuturuq ki, Türkiyədə Azərbaycan yazarlarının kitabları çap olunub. Bəs Türkiyə mediasında bu məlumatlar niyə əksini tapmır? Bəlkə türkiyəli oxucular Azərbaycan yazıçılarını tanımırlar? Bəlkə nəşr olunduğu açıqlanan kitablar geniş oxucu auditoriyasına deyil, dost-tanışa paylanır? Türkiyədə kitabı çıxan yazar və naşir Rasim Qaraca, İstanbuldakı «Kırmızı kedi» nəşriyyatının rəhbəri Halil Hepkon və başqaları «Pen klub» proqramında həmin sualları cavablayırlar.