Radio
Pen klub - Keçmiş səfir Əfşar Süleymani ilə İranı tənqid edənlərin debatı
Aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfərə gedib. İstər-istəməz, sual doğur: Bu səfər sayca İranda ən böyük etnoslardan olan Azərbaycan türklərinin dil və mədəniyyət sahəsindəki problemlərinin həllinə təsir göstərəcəkmi? Vaxtaşırı İran Azərbaycanından gələn xəbərlərə görə, bu ölkədə Azərbaycan türklərini dil və və mədəni durumu ürəkaçan deyil. Gerçək durum necədir? Bu haqda Azərbaycan və İran ziyalıları nə düşünürlər? İran azərbaycanlıları özlərini İran toplumunun danılmaz parçası sayırlar? Onlar başlıca hüquqlarının təmin edlib-edilməməsi barədə hansı fikirdədirlər?
AzadlıqFM - İnformasiya təhlükəsizliyi sahəsində «ən yaxşı» adını kimlər aldı?
«Hackathon Azerbaijan» layihəsi çərçivəsində keçirilən müsabiqə sona çatıb. «Capture the Flag» adlanan müsabiqəyə qatılan 100-ə yaxın komandadan 5-i qalib çıxıb. Bu müsabiqənin nəyi yadda qaldı? Hansı yeniliklər oldu? Yarışmanı kimlər qazandı?
İşdən sonra - Dini təriqətlər ləğv oluna bilərmi?
Dini cərəyanların Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquqi cavabdehlik daşıması barədə Qafqaz Müsəlmanları İdarəsinin təklifini teoloq Elşad Miri, təhlükəsizlik məsələləri eksperti İlham İsmayıl və İslamçıların Hüquqlarını Müdafiə Təşkilatının koordinatoru Rövşən Əhmədli dartışırlar.