Radio
İşdən sonra - Dini təriqətlər ləğv oluna bilərmi?
Dini cərəyanların Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquqi cavabdehlik daşıması barədə Qafqaz Müsəlmanları İdarəsinin təklifini teoloq Elşad Miri, təhlükəsizlik məsələləri eksperti İlham İsmayıl və İslamçıların Hüquqlarını Müdafiə Təşkilatının koordinatoru Rövşən Əhmədli dartışırlar.
Pen klub - Mir Cəfər Bağırov: xalqının cəlladı, yoxsa xilaskarı?
Aprelin 28-də Azərbaycanda sovet-bolşevik hakimiyyətinin quruluş ildönümüdür. Bəs bu hakimiyyətin fəal qurucu və rəhbərlərindən sayılan Mir Cəfər Bağırov kim olub? Mir Cəfər öz xalqının cəlladı, yoxsa xilaskarıdır? O, hansı əməllərin sahibidir və Azərbaycan üçün nə edib? Azərbaycan tarixçiləri və ziyalıları M.C.Bağırovuonu necə tanıyır və necə tanıdırlar? Bu mövzunu «Pen Klub»da araşdırmaçı yazarlar Teyyub Qurban, Adıgözəl Məmədov və Mehriban Vəzir, eləcə də cümhuriyyət dövrünə aid araşdırmalar müəllifi, tarixçi Nəsiman Yaqublu müzakirə edirlər.