Radio
09:05 - 10:00
15:00 - 16:00
AzadlıqFM - Sosial şəbəkələr aclıq aksiyasında!
- 8 dost aclığın 8-ci günündə... - #azadet #sherlenengenclik - Qanunsuz həbs edilən NİDA-çılar üçün imza at! Bu şüar və açar sözlər həftə boyunca «facebook» və «twitter»in gündəmindən düşməyib. Həbsdəki NİDA-çılar aclıq elan ediblər. Sosial şəbəkələrdən onlara gələn dəstək səngimir. «Azadlıq FM»də aclıq aksiyasının sosial şəbəkələrdəki əks-sədasından söz açırıq.
19:00 - 20:00
Pen klub - Yazıçılar Birliyində daha hansı islahatlara ehtiyac var?
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi öz saytını yeniləməyə başlayıb, «Ulduz» jurnalı və «Ədəbiyyat» qəzetinin rəhbərlərini dəyişib. AYB-nin gənc üzvləri təşkilatın gələcəyini necə görürlər? İyuna təyin edilmiş qurultayda daha hansı islahatların aparılmasına qərar verilməlidir?